Beynəlxalq Bank kütləvi sayda vaxtı keçmiş kartları yeniləyir
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq çərçivəsində vətəndaşlara pensiyaların ödənişini həyata keçirən Azərbaycan Beynəlxalq Bankı 2017-ci ilin aprel-may aylarında vaxtı keçmiş kütləvi sayda pensiya kartlarının yenilənməsi prosesini uğurla davam etdirir.
Proses Fondun təqdim etdiyi siyahılar əsasında Bankın müvafiq filial və şöbələrində həyata keçirilir.
Xatırladaq ki, ABB-nin kütləvi sayda pensiya kartlarının müddəti hər 5 ildən bir aprel-may aylarında başa çatır. Pensiya kartlarının yenilənməsi üçün filiallara müraciət edən vətəndaşların rahatlığının təmin olunması, bu prosesin hər hansı növbələr yaranmadan həyata keçirilməsi məqsədilə Bankın ofisləri gücləndirilmiş iş rejimində çalışır. Mayın ilk günündən etibarən 50 mindən çox pensiyaçıya yeni kartlar təqdim olunub. Kartının müddəti başa çatmış bütün pensiyaçıların öz ödənişlərini vaxtında ala bilmələri üçün Bank onlara mövcud prosedurlara uyğun şəkildə müraciət edərək kartlarını dəyişməyi tövsiyə edir.
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)








