Təchizat problemi qlobal velosiped istehsalını “vurub”
Ən iri istehsalçılar sifarişləri çatdırmaqda çətinlik çəkir.Pandemiyanın gətirdiyi məhdudiyyətlərdən biri də əksər ölkələrdə ictimai nəqliyyatın ya həftəsonları, ya da müəyyən müddət ərzində tamamilə işləməməsidir. Bu isə avtomobillərə nisbətən daha ucuz və sağlam nəqliyyat vasitəsi olan velosipedlərə tələbatı son 10 ildə görünməmiş dərəcədə artırıb.
Marja xəbər verir ki, ilin əvvəlindən 62 milyon ədəddən çox velosiped buraxan qlobal istehsalçılar sürətlə yüksələn sifarişləri tam həcmdə yerinə yetirməkdə çətinlik çəkir. Səbəb ehtiyat hissələrin təchizatında qlobal bazarın 65%-ni əlində saxlayan Yaponiyanın Shimano şirkətinin üzləşdiyi problemlərdir.
Bu il 100 yaşını qeyd edəcək Shimano 40-a yaxın filialı, Çin, Malayziya və Sinqapurdakı ən iri zavodları və illik 3 milyard dollardan artıq satışları ilə velosipedlər üçün təkər, əyləc, çarx və digər mexanizmlərin təchizatında dünya lideridir. Son bir ildə qlobal tələbatın sürətlə artması nəticəsində şirkət istehsal həcmini və işçi sayını maksimum artırsa da, istehsalçıları lazımi ehtiyat hissələri ilə təchiz etməkdə çətinlik çəkir. Dünyanın ən iri velosiped istehsalçılarından ABŞ-ın Trek, Tayvanın Giant və Merida, İtaliyanın Cicli Pinarello, Davide Campagnolo şirkətləri bu səbəbdən bəzən sifarişlərin 300 günə qədər ləngidiyini bildirirlər.
Tour de France beynəlxalq velosiped yarışının üçqat qalibi Greg LeMondun adı ilə əlaqədar yaradılan yeni velosiped istehsalçısı LeMond isə Shimanonun təchizatı 80% kəsməsi səbəbindən yeni modelini 4 aydır ki buraxa bilmir. Ekspertlər tələbatın gələn ilin yayına kimi yüksək həddə qalacağını və yalnız pandemiyanın təsirləri böyük dərəcədə ötdükdən sonra səngiyəcəyini proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
12 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























