1 hektar qarğıdalı sahəsini sığortalamaq neçəyədir? – HESABLAMA, REGİONLAR, MƏBLƏĞLƏR
Azərbaycanda qarğıdalı sahələrini dövlət dəstəyi ilə aqrar sığorta vasitəsilə güzəştli şərtlərlə sığortalamaq mümkündür.
Qarğıdalı bitkisi Azərbaycanda buğdadan sonra ən kütləvi şəkildə əkilən bitkidir. Hazırda ölkənin 53 rayonunda, 33,7 min hektar ərazidə qarğıdalı əkilir.
Bunun böyük hissəsi Şəki-Zaqatala, Aran və Gəncə-Qazax regionunun payına düşür.
Ölkənin əsas qarğıdalı becərilən rayonları Balakən, Zaqatala, Ağcabədi, Qax, Goranboy, Şəmkir, tovuz, Şərur, Ağsu, şəki, Beyləqan, Biləsuvar, Saatlı və Sabirabaddır.
Ölkə üzrə qarğıdalı sahələrinin orta məhsuldarlığı 63,6 sentner, təmizləndikdən sonra isə 61,4 sentner təşkil edir. Ayrı-ayrı regionlarda qarğıdalının məhsuldarlığı 1 hektar üzrə 48 – 80 sentner arasında dəyişir. 1 sentner dənlik qarğıdalının orta satış qiyməti 55 manatdır.
Aqrar sığorta qaydalarına əsasən, qarğıdalı bitkisinin sığotalanması üçün 2 sığorta zərfi mövcuddur.
Birinci, «baza zərfi» qarğıdalı bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.
İkinci sığorta zərfi qarğıdalı bitkisini bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.
Bundan başqa, aqrar sığorta qaydalarına əsasən, Azərbaycanda bitkilərin sığorta tarifləri iqlim və təbiət hadisələrini nəzərə alaraq, ölkənin regionları üzrə fərqlənir.
Qarğıdalı bitkisinin «baza» sığorta zərfi ilə sığortalanması tarifləri 1,2-3,1% arasında dəyişir.
Məhsuldarlıq, qiymət və sığorta tarifini nəzərə alaraq, 1 hektar qarğıdalı sahəsinin sığortalanması üçün orta sığorta haqqı aşağıdakı kimidir:
Gəncə-Qazax regionu - təqribən 60 manat.
Gəncə-Qazax regionunda 1 hektardan orta məhsuldarlıq 70,8 sentner, gəlir təqribən 3900 manat, sığorta tarifi 3,1%-dir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 120 manat təşkil edir.
Bundan:
Fermerin ödədiyi məbləğ – 60 manat
Dövlətin ödədiyi məbləğ – 60 manat
Şəki-Zaqatala regionu - təqribən 29 manat.
Şəki-Zaqatala regionunda 1 hektardan orta məhsuldarlıq 51,8 sentner, gəlir təqribən 2 850 manat, sığorta tarifi 2,06%-dir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 58 manat təşkil edir.
Bundan:
Fermerin ödədiyi məbləğ – 29 manat
Dövlətin ödədiyi məbləğ – 29 manat
Quba-Xaçmaz regionu - təqribən 39 manat.
Quba-Xaçmaz regionunda 1 hektardan orta məhsuldarlıq 80,1 sentner, gəlir təqribən 4 400 manat, sığorta tarifi 1,78%-dir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 78 manat təşkil edir.
Bundan:
Fermerin ödədiyi məbləğ – 39 manat
Dövlətin ödədiyi məbləğ – 39 manat
Aran regionu - təqribən 24 manat.
Aran regionunda 1 hektardan orta məhsuldarlıq 72,9 sentner, gəlir təqribən 4 000 manat, sığorta tarifi 1,20%-dir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 48 manat təşkil edir.
Bundan:
Fermerin ödədiyi məbləğ – 24 manat
Dövlətin ödədiyi məbləğ – 24 manat
Lənkəran regionu - təqribən 16 manat
Lənkəran regionunda 1 hektardan orta məhsuldarlıq 47,8 sentner, gəlir təqribən 2 600 manat, sığorta tarifi 1,20%-dir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 32 manat təşkil edir.
Bundan:
Fermerin ödədiyi məbləğ – 16 manat
Dövlətin ödədiyi məbləğ – 16 manat
Yuxarı Qarabağ regionu - təqribən 19,5 manat
Yuxarı Qarabağ regionunda 1 hektardan orta məhsuldarlıq 56,3 sentner, gəlir təqribən 3 100 manat, sığorta tarifi 1,26%-dir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 39 manat təşkil edir.
Bundan:
Fermerin ödədiyi məbləğ – 19,5 manat
Dövlətin ödədiyi məbləğ – 19,5 manat
Dağlıq Şirvan regionu - təqribən 26 manat
Dağlıq Şirvan regionunda 1 hektardan orta məhsuldarlıq 65,7 sentner, gəlir təqribən 3 600 manat, sığorta tarifi 1,44%-dir. Nəticədə 1 hektar qarğıdalı sahəsinin sığorta haqqı 52 manat təşkil edir.
Bundan:
Fermerin ödədiyi məbləğ – 26 manat
Dövlətin ödədiyi məbləğ – 26 manat
Qeyd: Hesablama - ölkə üzrə orta statistik məlumatlar nəzərə alınmaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq hesablanmış sığorta haqqı fərqli ola bilər.
Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş «Bitkiçilik kalkulyatoru» (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.
Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.
Daha ətraflı: https://asf.gov.az/bitkichilik
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
1 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
1 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
2 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Ən çox oxunanlar
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir






.jpg)









.jpg)




