Nüfuzlu beynəlxalq maliyyə qurumu “Bank Respublika”ya manatla kredit ayırdı
Ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Hollandiya Sahibkarlığın İnkişafı Bankı (FMO) arasında yeni kredit müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən Banka 10 milyon ABŞ dolları məbləğində kredit ayrılacaq və vəsaitlər milli valyutada təqdim ediləcək.
3 il müddətinə ayrılacaq kredit ölkədə aqro, mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin, həmçinin, gənc biznesmenlərin və qadın sahibkarların daha sərfəli şərtlərlə maliyyələşdirilməsinə yönəldiləcək. Cəlb olunmuş vəsait “Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində Azərbaycanın bütün regionlarda fəaliyyət göstərən sahibkarlara dəstək göstərilməsinə şərait yaradacaqdır.
“Hollandiya Sahibkarlığın İnkişafı Bankının Azərbaycanda əsas tərəfdaş kimi “Bank Respublika”nı seçməsi bankımızın dayanaqlığına və etibarlılığına verilən yüksək qiymət olaraq dəyərləndiririk. Cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusən də kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə, bununla da ölkənin qeyri-neft sektorunun inkişafına töhfə verməyə imkan verəcəkdir”, - deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
“Daimi tərəfdaşımız olan Bank Respublika ilə olan yeni kredit sazişi sayəsində, biz Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta biznesi, eləcə də gənc iş adamlarını və qadın sahibkarları dəstəkləməkdən məmnunluq hissi duyuruq. Davamlı iqtisadi böyüməni təmin etmək və dəstəyə ehtiyac duyan sahibkarlara və bizneslərə inkişaf etmək üçün lazımi maliyyə vəsaitlərini təqdim etmək FMO-nun hədəfləri ilə tamamilə uyğun gəlir.” - deyə FMO-nun İnvestisiyalar üzrə direktoru Huib-Jan de Ruijter qeyd edib.
Bank Respublika - 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Hollandiya Sahibkarlığın İnkişafı Bankı (FMO) - aparıcı impakt-investor olaraq, iddialı layihələrə və sahibkarlara investisiya qoyaraq inkişaf etməkdə olan ölkələrdə və inkişaf etməkdə olan bazarlarda özəl sektorun davamlı böyüməsini dəstəkləyir. FMO, güclü bir özəl sektorun iqtisadi və sosial inkişafa yol açdığına inanır və insanlara bacarıqlarını istifadə etmək və həyat keyfiyyətlərini yüksəltmək üçün 50 illik təcrübəsi var. Təşkilat inkişafa böyük təsir göstərən üç sektorda ixtisaslaşır: maliyyə qurumları, enerji və aqrobiznes, qida və su. FMO, 85 ölkəni əhatə edən 9.7 milyard avro öhdəlik portfelinə sahib özəl sektorun inkişafı üzrə dünyanın ən böyük ikitərəfli banklarından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
12 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)





