"Kredit Servis" BOKT-un xalis mənfəəti kəskin azalıb
"Kredit Servis" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 94 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 41,6% azdır.
Ötən il "Kredit Servis"in vergiyəqədərki mənfəəti 118 min manat (əvvəlki ilə nisbətən 40,4% az), mənfəət vergisi ödəmələri isə 24 min manat (36,8% az) təşkil edib.
Bu il yanvarın 1-nə "Kredit Servis"in aktivləri 1 milyon 556 min manat olub ki, bu da illik müqayisədə 7,9% azdır. Bunun 1 milyon 337 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 3,3% kiçilib.
Hesabat dövründə "Kredit Servis"in öhdəlikləri 7,3% artaraq 161 min manata çatıb, balans kapitalı isə 9,7% azalaraq 1 milyon 395 min manata, o cümlədən nizamnamə kapitalı 5,8% azalaraq 1 milyon 283 min manata düşüb.
Xatırladaq ki, "Kredit Servis" 2011-ci ildə yaradılıb.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















