Dollar "Trump" xəbərilə ucuzlaşmasını davam etdirib - EUR/USD 1.10-nu keçdi
Dollar, ABŞ Prezidenti Donald Trump-ın gizli məlumatların olduğu sənədləri ötən həftə Rusiya diplomatlarına göstərdiyi barədə xəbərdən sonra ucuzlaşır. (Bu barədə ətraflı buradan oxuyun)
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
"Marja" xəbər verir ki, ABŞ-ın xəzinə istiqrazlarının faizi riskdən qaçma əməliyyatlarının təsirilə düşüb və buna bağlı olaraq, Dollar G10 ölkələrinin valyutaları qarşısında dəyər itirib.
Treyderlər, fondların "Vaşinqton Post"da çıxan xəbərə verdikləri ilk reaksiyanın Yen qarşısında Dollar satışı olduğunu qeyd ediblər.
Son hadisələr, Trumpın, ABŞ seçkilərinə Rusiyanın mümkün müdaxiləsinin araşdırıldığı bir şəraitdə FBI direktoru James Comey-i vəzifəsindən azad etməsinə dair sualların artdığı bir dövrdə baş tutub.
ABŞ valyutasının 10 əhəmiyyətli pul qarşısındakı gedişini göstərən Bloomberg Dollar Spot İndeksi, son dörd gündə 0.8% düşdükdən sonra 0.1 faiz geriləyib və 22 Martdan bu yana ən uzun geriləmə dövrünü həyata keçirməyə yönəlib.
Dollar/yen məzənnəsi 0.3 faiz düşərək 113.45 səviyyəsinə enib.
Avro/Dollar məzənnəsi bu gün 0,3% qalxaraq 1.1010 səviyyəsinə çıxıb (Avro bahalaşıb). Dolların ucuzlaşmasının digər bir səbibi ötən həftə ABŞ-da zəif çıxan iqtisadi göstəricilərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)



