41 trilyon dolların sahiblərindən çağırış və hədə: iqlim yoxdursa, pul da yoxdur!
Ən böyük investorlar dünya liderlərini daha sərt ekoloji tələblər qoymağa səsləyib.Bugün idarəçiliyi altındakı aktivlərin həcmi 41 trilyon dollardan çox olan 450 iri investor qlobal liderlərə xüsusi məktubla müraciət edib.
Marja xəbər verir ki, nəhəng biznesmenlər hökumətləri karbon emissiyalarını azaltmaq üçün daha ambisiyalı hədəflər qoymağa, ətraf mühiti ən çox çirkləndirən ağır sənaye sahələrini “karbonsızlaşdırmaq” üçün konkret yol xəritəsi tərtib etməyə və şirkətləri iqlim risklərini açıqlamağa məcbur edən mexanizmin tətbiqinə səsləyiblər.
Aralarında 10 trilyon dollarlıq aktivləri idarə edən Fidelity və ABŞ-ın 40 trilyon dollarlıq aktivləri saxlayan ən iri depozitar bankı State Street-in də olduğu maliyyə-iqtisadi nəhənglərin bu müraciəti G7 ölkələrinin liderlərinin Avropada bir sıra qlobal məsələləri müzakirə etmək üçün bir araya gəldiyi vaxta təsadüf edir. “İqlim ambisiyaları, siyasi qətiyyət və risklərin açıqlanmasındakı bu boşluqlar dərhal aradan qaldırılmalıdır.” - məktubda qeyd olunur.
Faktiki olaraq, ən iri investorlar bu məktubla qlobal iqlim hədəflərinə əməl etməyən və 2050-ci ilə qədər “sıfır karbon” strategiyası üzrə konkret işlər görməyən ölkələri onlara sərmayə yatırmayacaqları ilə yumşaq formada hədələyir: “Sıfır emissiyaya çatmaq üçün konkret hədəflər qoyan və onları milli səviyyədə qısa-orta müddətdə həyata keçirənlər yenə də investisiya üçün ən cəlbedici məkanlar olacaq”.
Xatırladaq ki, 2,7 trilyon dollarlıq sərvətə sahib 180 investor, onlarla QHT və 155 şirkət, o cümlədən Apple, Uber, Salesforce və başqaları ayrıca məktubla ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyasına (SEC) müraciət edərək, şirkətlərə iqlimlə əlaqədar riskləri açıqlamaq üçün məcburi tələb qoymağı da xahiş ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)











