Beynəlxalq ekspertlərin iştirakı ilə Unibankın 3 illik strategiyası hazırlanıb
“Unibank”ın yeni inkişaf mərhələsinə qədəm qoymasını özündə əks etdirən 2021-2023-cü illər üçün strategiyası İcraedici Komitə tərəfindən Müşahidə Şurasına təqdim olunub.
Unibankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bankın yeni missiya və strateji baxışlarını əks etdirən bu sənəd beynəlxalq ekspertlərin iştirakı, beynəlxalq qurumların texniki dəstəyi (sponsorluğu) ilə hazırlanıb. Strateji və biznes planlaşdırma layihəsinin hazırlanması Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən “Maliyyə vasitəçilərinin bacarıqlarının artırılması üzrə Texniki Əməkdaşlıq Proqramı” çərçivəsində dəstəklənib. Proqramın donorları, EU4Business təşəbbüsü çərçivəsində Avropa birliyi və Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyidir.
Bankın missiyası– müştərilərin ilk seçimi olmaq və müştərilərə yönəlik (müştəri yönümlü) maliyyə xidmətləri və innovativ həllər təqdim etməklə, bütün maraqlı olan tərəflər üçün uzunmüddətli dəyər yaratmaqdır.
Bankın hədəflərinə çatmaq , ümumi baxış və missiyasını dəstəkləmək üçün Unibank rəhbərliyi tərəfindən dörd əsas prioritet müəyyən edilib. İki prioritet xüsusilə diqqət çəkir: müştərilər göstərilən xidmətlərin onların ehtiyaclarını tam əhatə etməsi və müştəri təcrübəsinin yaxşılaşdırılması və rəqəmsal və texnoloji transformasiyanın sürətləndirilməsi.
Yeni strategiya, güclü dəyər sisteminin möhkəm təməllərinə və səhmdarların vizyonuna əsaslanmaqla, yenilənməkdə olan texnoloji platforma ilə əzmkar komandamızın sinerjisi hesabına həyata keçiriləcəkdir.
Unibank-Sənin Bankın!
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















