Qazaxıstan banklarından biri ABB-nin istiqrazlarını satıb
"Qazaxıstanın Xalq Bankı" SC-nin portfelində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) istiqrazları olub, lakin iki il bundan öncə Azərbaycanın bank sektorunda vəziyyət pisləşdikdən sonra "Halyk Group" (bankın törəməsi) qiymətli kağızları satıb. "Informburo" agentliyi xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Umut Şayaxmetova bildirib.
"Biz mövqelərimizi hələ 2014-cü ilin sonu - 2015-ci ilin əvvəlində bağladıq və itkiyə məruz qalmadıq. Biz riski gördük. Bizim risk-menecmentimizin siyasəti emissiyanın ümumi həcmindən 15% artığını almağa imkan vermir. Məndə olan məlumata görə, "Vahid Pensiya Yığımı Fondu" SC emissiya olunan qiymətli kağızların 50%-dən çoxunu alıb. Bir bankir və aktivləri idarə edən şəxs kimi bu qədər qiymətli kağızın alışının məqsədi mənə aydın deyil", - deyə bankir qeyd edib.
Onun müavini Yertay Salimov isə deyib ki, "Halyk Group" ABB-nin qiymətli kağızlarına 15 mln. dollar yatırıb. "Lakin biz bu əməliyyatdan gəlirlə çıxa bildik", - deyə o əlavə edib.
Qeyd edək ki, Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC ABB-nin istiqrazlarına 71,3 mlrd. təngə (təxminən 392 mln. manat) yatırıb.
Xatırladaq ki, ABB xarici borcunun restrukturizasiyası ilə bağlı Nyu-York məhkəməsinə müraciət edib. Bankın İdarə Heyətinin sədri Xalid Əhədov bəyan edib ki, öhdəliklərin restrukturizasiyası zamanı kreditorlar ABB-nin aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək.
Ötən gün isə "Fitch" və "Moody`s" beynəlxalq reytinq agentlikləri ABB-nin reytinqinə yenidən baxıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























