AccessBank-a etibar edən əmanətçilərin sayı artır
AccessBank cari ilin birinci rübünü müsbət göstəricilərlə başa vurub. Belə ki, bankın açıqladığı maliyyə göstəricilərinə əsasən cəmi kapitalı 28% artaraq 67 milyon 348 min manatadək yüksəlib.
Diqqət çəkən amillərdən biri də, əhalinin AccessBank-a manatla yatırdığı əmanətlərin məbləği əhəmiyyətli dərəcədə artmasıdır. Belə ki, birinci rübün sonunda Bankın əmanət portfeli 7% artım nümayiş etdirərək 301 milyon 795 min manat təşkil edib.
"Bu isə, müştərilərin AccessBank-a sərgilədiyi yüksək etimadının göstəricisidir. AccessBankın Azərbaycan bankları arasında ən yüksək reytinqə və 100% xarici kapitala malik olması bir daha AccessBank-ın stabilliyini və etibarlılığını təsdiq edir",- məlumatda deyilir.
Həmçinin, müştəriləri cəlb edən xüsusiyyətlərdən biri də odur ki, AccessBank müştərilərinin ehtiyaclarına uyğun olaraq, həm fiziki, həm də hüquqi şəxslərə müxtəlif əmanət növlərini təklif edir. Bank müştərilərə sərfəli şərtlərlə “Müddətli”, “Yüksələn”, “Yığım” və “Əlverişli” əmanətlər təklif edərək, istənilən müddətə yatırım etmək üçün şərait yaradır.
Xatırladaq ki, AccessBank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























