BVF: Azərbaycan bankların prudensial və tənzimləyici tədbirlərinə davam etməlidir
Azərbaycan koronavirus pandemiyasının təsirlərinin azaltmaq məqsədi ilə pul-kredit siyasətini lazımi dərəcədə yumşaldıb.
Bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) Nizamnaməsinin IV maddəsi üzrə missiya Azərbaycan barədə hesabatında bildirilir.
Sənədə əsasən, faktiki olaraq ABŞ dollarını sabit saxlanılması baxımından uçot dərəcəsinin endirilməsi və prudensial tənzimlənmənin asanlaşdırılması, pandemiya dövründə vergi güzəştlərini genişləndirib və kredit axınını təmin edib: "Bununla yanaşı, zəif pul-kredit transmissiyası səbəbi ilə bank kredit faizləri yalnız orta dərəcədə azalıb, ancaq nisbətən yüksək səviyyədə qalıb".
Missiyanın fikrincə, Azərbaycan pandemiya dövründəki yumşalmadan sonra, bankların prudensial və tənzimləyici tədbirlərinin tədricən normallaşdırılmasına davam etməlidir: "Ancaq, bu normallaşma pandemiya ilə mübarizə və iqtisadiyyatın yenidən bərpası istiqamətində irəliləməyə paralel olaraq diqqətlə davam etməlidir.
Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə bazarlarını inkişaf etdirmək və maliyyə vasitəçiliyi və maliyyəyə çıxışı asanlaşdırmaq siyasəti çərçivəsində və təşəbbüsündə, iqtisadiyyatın daha da şaxələndirilməsinə və məhsuldarlığı və dayanıqlığının yaxşılaşdırılmasına əlavə dəstək verəcəkdir.
Eyni zamanda, AMB-nin maliyyə nəzarətini yaxşılaşdırmaq istiqamətində davamlı səyləri, texniki yardım yolu ilə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıqla dəstəklənməlidir".
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















