Finlandiyadan Hindistana yola salınan ilk blok qatarı Azərbaycandan keçəcək
Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola düşüb.
“ADY Konteyner”dən Marja-ya daxil olmuş məlumata görə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə ilk konteyner blok qatarı “RJD Logistika” AC, “ADY Konteyner” MMC və “Tarkib Trans Co.”-nun birgə operatorluğu ilə, müvafiq olaraq Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılacaq. 32 qırxfutluq konteynerdən ibarət blok qatarının daşıdığı yük kağız məhsullarından ibarətdir.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı ölkələrinin müvafiq dəmir yolları operatorlarının sıx əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihə pilot xarakteri daşıyır. Hazırkı pilot blok qatarının nəticələrindən asılı olalaq dəhliz üzrə blok qatarların hərəkəti mütəmadi olacaq. Finlandiya və ümumilikdə Avropa İttifaqı ölkələri Hindistanın vacib ticarət tərəfdaşlarıdır. Finlandiyadan Hindistana əsasən kağız məhsulları, texnika və avadanlıq, Hindistandan isə bu ölkəyə əczaçılıq, kimya sənayesi və tekstil məhsulları daşınır. Bu məhsulların demək olar ki, hamısı konteynerlə daşına bilər və dəhlizlə hərəkət edəcək konteyner blok qatarı üzrə potensial yük bazası təşkil edir.
Konteynerlər yükləmə üçün Finlandiyaya göndərilmiş “ADY Konteyner” şirkətinə məxsus olan dəmiryolu platformaları ilə daşınır. Uzunməsafəli transkontinental blok qatarların təşkilinin “ADY Konteyner” MMC-nin əsas hədəflərindən biri olduğuna görə, bu layihənin gerçəkləşməsi üçün platforma təminatını qurum öz üzərinə götürüb. Konteynerlər multimodal üsulla – dəmiryolu, avtomobil və gəmi vasitəsilə daşınaraq Nava Şeva limanına çatdırılacaq. Dəniz yolu ilə daşımadan fərqli olaraq bu dəhliz üzrə konteyner blok qatarı tranzit müddətini xeyli qısaldacaq. Qeyd olunan dəhliz üzrə blok qatar ümumilikdə 7200 km məsafə qət edərək təyinat yerinə catdırılacaq.
Hindistanla Rusiya və Şimali Avropa ölkələri arasında nəqliyyat bağlantısı yaradan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin tranzit imkanlarından istifadə baxımından vacib əhəmiyyətə malikdir. Qərb, Orta və Şərq marşrutlarından ibarət olan bu dəhlizin Qərb marşrutu Azərbaycan ərazisindən keçir. Bir müddət əvvəl Süveyş kanalında yaranmış vəziyyətin qlobal təchizat zənciri üçün təhdidlərini nəzərə alaraq, bu dəhlizin transkontinental yükdaşımalar üçün rolu tədricən arta bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 39 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















