"Azərbaycan iqtisadiyyatı 2022-ci ilin II yarısında pandemiyadan əvvəlki səviyyəyə çatacaq"
Dünya Bankının (DB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl hesab edir ki, Azərbaycan iqtisadiyyatı 2022-ci ilin ikinci yarısında koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatacaq.
“DB-nin iqtisadçıları Azərbaycan iqtisadiyyatının tədricən bərpa olunduğunu qeyd edirlər. Proqnozlarımıza görə, bu il ÜDM-nin artım tempi 3%, 2022-ci ildə isə 4% səviyyəsində gözlənilir. Lakin faktiki artım templəri proqnozlarımızı qabaqlaya bilər ki, bu da ölkədə vaksinasiya prosesinin yüksək templəri, həmçinin Qarabağda azad edilmiş ərazilərin bərpasına dövlət investisiyaları ilə əlaqədar mümkündür”, - deyə Maykl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, DB hesab edir ki, Azərbaycan iqtisadiyyatı 2022-ci ilin ikinci yarısında pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq. “Lakin artıq qeyd etdiyim kimi, Azərbaycanda vaksinasiya prosesi sürətli templərlə gedir, üstəlik, Azərbaycan hökuməti Qarabağın bərpasına fəal şəkildə sərmayə yatırır. Buna görə də ölkə iqtisadiyyatının əvvəlki səviyyəyə qayıtması gələn ilin ikinci yarısından daha tez mümkün ola bilər”, - deyə o qeyd edib.
Maykl vurğulayıb ki, Qarabağda bərpa işləri və regionun Azərbaycan iqtisadiyyatına reinteqrasiyası ölkə iqtisadiyyatının artım templərinin sürətlənməsinə böyük töhfə verəcək.
Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-nin artımını 3,4% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq olunan məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% azalıb.
Marja.az Telegramda: https://t.me/marjaaz
“İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








