Dünya Bankı: Azərbaycan hökuməti bu yaxınlarda kredit üçün müraciət edib - MƏBLƏĞ
Dünya Bankı (DB) Azərbaycanda COVID-19-a təcili cavab tədbirlərinin həyata keçirilməsi layihəsinə 95 milyon ABŞ dolları ayırmağı planlaşdırır.
Bu barədə DB-nin Bakı ofisinin rəhbəri Sara Maykl bildirib.
“Keçən il bir neçə ölkə koronavirus infeksiyasına qarşı mübarizədə ölkələri dəstəkləmək üçün sürətləndirilmiş kredit mexanizmi elan edildikdən dərhal sonra maliyyələşmə üçün müraciət etdi. Bu ölkələrə vəsait ayrıldı və onlar COVID-19 səbəbilə yaranmış əlavə xərclərini qarşılaya bildilər. Azərbaycan hökuməti isə öz növbəsində, bu yaxınlarda müraciət edib. Müvafiq olaraq kredit vasitəsilə artıq xərclədiyi vəsaiti kompensasiya edə biləcək. Yeni xərclər arasında COVID-19-lu pasiyentlər üçün müstəsna xidmətlər göstərən tibb işçilərinə əlavə ödənişlər, avadanlıq alışı, gözlənilməz hallar və stimullaşdırıcı tədbirlər üçün əlavə vəsaitlər ola bilər”, - ofis rəhbəri deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan hökuməti ilə danışıqlar kreditin şərtləri barədə razılaşma mərhələsindədir. Kredit Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə ayrılacaq.
Qeyd edək ki, bankın İdarə Heyəti tərəfindən kreditin təsdiqlənməsi sentyabrın 6-na planlaşdırılıb.
Bununla belə, DB ofisinin rəhbəri bu kredit mexanizminin xüsusi prosedurlarını nəzərə alaraq krediti sentyabr ayına qədər təsdiqləməyin mümkün olacağına əmindir. “Bu layihəni DB-nin İdarə Heyətində nəzərdən keçirmək üçün xüsusi tarix təyin etmək lazım deyil, layihə hazır olan kimi təsdiq üçün təqdim ediləcək”, - o vurğulayıb.
Layihənin şərtlərinə görə, o, Azərbaycan hökumətinə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması, yoluxma hallarının aşkarlanması və pasiyentlərin müalicəsi üçün səhiyyə sisteminin gücləndirilməsi və pandemiyanın bəzi sosial təsirlərinin azaldılması məsələlərində dəstək verəcək.
Layihənin iki il ərzində həyata keçiriləcəyi gözlənilir. Sosial müdafiə tədbirləri də daxil olmaqla, tədbirlərin çoxu layihənin ilk altı-doqquz ayı ərzində maliyyələşdiriləcək və tamamlanacaq. Bəzi sağlamlıq tədbirlərinin, xüsusən də gələcək pandemiyalara cavab vermək üçün sağlamlığın gücləndirilməsinə dair tədbirlərin həyata keçirilməsi daha uzun çəkə bilər. Bundan əlavə, gələcəkdə yeni ştamların meydana çıxması ilə yeni COVID-19 dalğaları da yarana bilər.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















