“Dəmir Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək
30 İyun 2017-ci il tarixində “Dəmir Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
“Marja” Bankın elanına istinadən xəbər verir ki, ümumi yığıncağın gündəliyinə 2016-cı ilin maliyyə nəticələrinin təsdiq edilməsi, Bankın Audit Komitəsinin və Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi daxildir.
Bankda mühüm iştirak payı olan səhmdarlar Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) və Hacıyev Rəhman Əsabəli oğludur. AYİB Bankın “25% +1 səhm” həcmində səhm paketinə, FMO isə 10% səhmlərinə sahibdir. AYİB və FMO ümumilikdə “35% + 1 səhm” həcmində səhm paketi ilə DəmirBankın Müşahidə Şurasında təmsil olunurlar. Hacıyev Rəhman Əsabəli oğlu isə 19.61 % səhmə sahibdir.
“DəmirBAnk”ın Müşahidə Şurasında Rəhman Hacıyev (Sədr), Tofiq Qənbərov (üzv), Andrej Witak (üzv), Ferdinand Tuinstra (üzv) və Kurt Qeiqer (üzv) yer alırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























