“Azercell”in layihəsinin növbəti beynəlxalq uğuru
(®️) “Azercell”in təşəbbüsü ilə hazırlanan və sosial mediada milyonlarla baxış toplayan #QadınDediyin layihəsi növbəti beynəlxalq mükafata layiq görülüb. İndiyədək bir neçə nüfuzlu beynəlxalq festivallarda qalib olan layihə bu dəfə Şərqi Avropanın ən böyük yaradıcı festivallarından biri olan “White Square”də “For Bravery” özəl mükafatını alıb.
“For Bravery” mükafatı hər il cəmiyyətin önəmli problemlərini işıqlandıran ən cəsarətli layihələrə təqdim olunur. Bu il Minskdə keçirilən “White Square” festivalında dünyanın 30-dan çox ölkəsindən 1000-dən çox nümayəndə iştirak edib. Onlar arasında #QadınDediyin çarxının xüsusi qiymətləndirilməsi bu layihənin dünya miqyasında əhəmiyyətli mövzuya toxunduğunu təsdiqləyir.
Qadın hüquqlarının müdafiəsi kimi həssas bir mövzuya həsr olunan bu layihədə cəmiyyətimizdə zərif cins nümayəndələri ilə bağlı stereotiplər və bu yanaşmanın dəyişdirilməsi zərurətindən bəhs edir. Milli Olimpiya Komitəsi və “Azercell” arasındakı əməkdaşlıq nəticəsində yaranan layihədə öz həyat hekayələri ilə bu stereotipləri qıran uğurlu azərbaycanlı qadın idmançıları iştirak ediblər. Onlar öz hədəflərinə doğru əzmkarlıqla addımlamaqla, inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını sübut ediblər.
Ötən il yayımlanan bu layihə sosial şəbəkələrdə geniş əks-səda yaradıb. Nüfuzlu influenserlər və bloqqerlər tərəfindən dəstəklənən layihə sosial şəbəkələrdə 85%-i müsbət geri dönüş olmaqla, ümumilikdə 3.8 milyon insana çatdırılıb. Beləliklə, Azərbaycan reklam tarixinin ən cəsarətli kampaniyalarından birinə çevrilən #QadınDediyin layihəsi həm yerli, həm beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə bacarıb.
Qeyd edək ki, Azercell şirkətinin KSM sahəsində həyata keçirdiyi təşəbbüslər indiyədək dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə ali mükafatlara layiq görülüb. #QadınDediyin layihəsi bundan əvvəl Orta Asiyada marketinq, reklam və kommunikasiya sahəsinin ən nüfuzlu müsabiqələrindən sayılan “Red Jolbors” festivalında iki yüksək mükafat alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)





