Azərbaycanın Startap Portalı yaradıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişaf Fondunun dəstəyi ilə Azərbaycanın Startap Portalının yaradılması başa çatmışdır.
Startup.az ünvanında fəaliyyət göstərən portalın əsas məqsədi Azərbaycanda startap ekosisteminin davamlı inkişafını dəstəkləmək, bu istiqamətdə fəaliyyət göstərən dövlət və özəl qurumların Tərəfdaşı statusunda fəaliyyətini davam etdirməkdir.
Startup.az ofisindən bildirilib ki, portal startap ekosisteminin inkişafı ilə bağlı maraqlı tərəfləri əməkdaşlığa dəvət edir.
Portal Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcəkdir.
İngilis dilində məlumatların olması xarici investorların ölkəmizin startaplarına marağını artıracaq, milli startap ekosisteminin qlobal inteqrasiyasını tezləşdirəcəkdir.
Yeni yaradılmış portal startap ekosistemi üçün zəruri olan məlumatları özündə əks etdirir. Portalda mühüm yeniliklərdən biri Azərbaycan startaplarının bazasının yaradılmasıdır. Tətbiq olunmuş funksional hər bir startapın öz profilini yaradaraq, fəaliyyət istiqaməti, təsisçilər, tələb olunan investisiya həcmi və s. məlumatları yerləşdirmək imkanı verəcək.
Daha maraqlı yeniliklərdən biri də startaplara qoşulmaq istəyən mütəxəssislərin bazasının (“Startap Kadr”) yaradılmasıdır. Belə ki, hər bir mütəxəssis, proqramçı, marketoloq və digərləri peşəsindən asılı olmayaraq öz profilini yarada biləcək. Bu yanaşma startaplara komanda formalaşdırmağa, mütəxəssislərə isə maraqlı startaplara qoşulmağa imkan verəcək.
“İnvestor” bölməsində vençur fəaliyyəti ilə məşğul olmaq istəyən fərdi investor (biznes-mələklər), investisiya şirkətləri öz profillərini yarada biləcək.
Startaplara aid yerli və beynəlxalq tədbirlər, tədris proqramları, xəbərlər, məqalələr, müsahibələr startapda mütamadi olaraq yerləşdiriləcək.
Daha mühüm yenilikdən biri də startaplara zəruri olan müxtəlif servislərin portalda xüsusi bölmədə yerləşdirilməsidir. Biznesdə ilk addımıarını atan startaplar onlara zəruri olan servislər haqqında məlumatları daha rahat formada əldə edə bilərcək.
Qlobal və yerli bazarda trendləri analiz edərək startapları yönəldən, onlara müxtəlif formada dəstək verən, investorlarlar və startaplar arasında Startup.az bir “körpü” olmağı nəzərdə tutur.
Qeyd edək ki, portal sınaq mərhələdə (“beta”) 17 may tarixindən istifadəyə verilib. Hazırda portalın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























