"Freedom Finance"ın investisiya şirkəti kimi fəaliyyət göstərməsi Holdinqin rəhbərliyindən asılıdır"
"Holdinqin rəhbəri və komandasının verdiyi qərardan asılı olaraq "Freedom Finance Azerbaijan"ın ölkəmizdə investisiya şirkəti olaraq fəaliyyət göstərilməsi sahəsində addımlar atılacaq".
Marja xəbər verir ki, bunu "Freedom Finance Azerbaijan" MMC-nin direktoru Vüsal Məmmədov bildirib.
O qeyd edib ki, "Freedom Finance Azerbaijan" investisiya xidmətləri göstərmir: "Gələcəkdə Holdinq tərəfindən bu xidmətlərin ölkəmizdə göstərilib göstərilməməsi Holdinqin siyasətindən və bu yöndə olan strategiyasından asılıdır. Fəaliyyətin investisiya şirkəti kimi davam etdirilməsi məndən çox Holdinqin rəhbərliyindən asılıdır. Bununla bağlı mən hər hansı qərar verə və yaxud əvvəlcədən heç bir qəti fikir söyləyə bilmirəm".
Qeyd edək ki, "Freedom Finance Azerbaijan" MMC investisiya qoyuluşu, kapital bazarları, beynəlxalq birjalar və birjalarda ticarətlə bağlı maarifləndirmə sahəsində ixtisaslaşmış bir şirkətdir. "Freedom Finance Azerbaijan" MMC-nin təsisçisi "Freedom Holding"in əsas fəaliyyəti investisiya xidmətləridir. "Freedom Holding"in investisiya, vasitəçilik, məsləhət xidmətləri və müştəriləri kütləvi təklif üsulu ilə yerləşdirilən səhmlərin bilavasitə ilkin bazardan alınması üzrə xidmətləri təşkil etməkdir. Holdinq Azərbaycan da daxil olmaqla 9 ölkədə fəaliyyət göstərir. Holdinqin törəmə şirkətləri Avropada, Ukraynada, Qazaxstanda və Rusiyada lisenzilayalaşdırılmış investisiya şirkəti kimi fəaliyyət göstərir. Holdinqin Azərbaycandakı törəmə şirkəti olan "Freedom Finance Azerbaijan" MMC–nin isə əsas fəaliyyət istiqaməti təlim və tədrisdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı









.png)














