"Aşağı peyvəndləmə qlobal iqtisadi bərpanı təhdid edir"
Koronavirusun Delta ştammının yayılması və dünyanın bəzi yerlərində aşağı peyvəndləmə dərəcələri qlobal iqtisadi dirçəliş üçün təhlükə yaradır.
Marja xəbər verir ki, bunu ABŞ Federal Ehtiyat Sisteminin (Fed) Açıq Bazarlar Komitəsinin üzvü, Fed-in San-Francisko şöbəsinin rəhbəri Mary Daley "Financial Times" qəzetinə verdiyi müsahibəsində bildirib.
"Gələcəkdə qlobal artım üçün ən böyük risklərdən birinin, COVID-19 üzərində qələbənin vaxtından əvvəl elan edilməsi olduğunu düşünürəm. Pandemiyadan xilas ola bilməmişik, onu yaşayırıq", - o deyib.
Fed rəsmisi, gündəlik koronavirusun yayılmasının qarşısını almaq üçün edilən bütün cəhdlərə baxmayaraq, Yaponiya və digər ölkələrdəki çətin vəziyyətə diqqət çəkib. Xaricdə peyvəndləmə kampaniyalarında geriləmənin iqtisadi canlanmanı dayandırdığını və ABŞ üçün mənfi nəticələrə səbəb ola biləcəyini söyləyib. "Koronavirusun geriyə çəkilməsini təmin edən daha yüksək bir peyvənd nisbəti olmadığı təqdirdə, bu, ABŞ-ın iqtisadi böyüməsinə maneə olacaq" deyib.
Son vaxtlar koronavirusun mutasiyaya uğrayan variantları sürətlə yayılır. Delta variantının aşkar edildiyi ölkələrin sayı 96-dan 104-ə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi













.jpg)







