Dollar satışında ayrı-seçkilik! – KOBUD QANUN POZUNTUSU

Hazırda bir çox banklar Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq öz məzənnələrini elan etsələr də həmin məzənnə əsasında dollar satmaqdan imtina edirlər. Hüquqşunas Pərviz Məmmədov “Marja”ya bildirdi ki, bu öz növbəsində kobud qanun pozuntusudur:
“Çünki bütün bankların xarici valyutada aktivləri vardır və bu barədə onlar mütəmadi olaraq Maliyyə nəzarəti orqanına hesabat verirlər.
Bəzi banklar isə yalnız şirkətlərə xarici valyuta satışı etdiklərini deyirlər, bəzən isə yalınz öz müştərilərinə xarici valyuta satışı edirlər, bununla da kobud diskriminiasiyaya yol verirlər.
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarını və azadlıqlarını məhdudlaşdırmaq qadağandır.
Həmçinin həmin maddəyə əsasən, heç kəsə irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
Mülki Məcəllənin 408.2-ci maddəsinə əsasən şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır.
Yəni siz bankın filialının çölündə və ya içərisində valyuta kursları yazılmış tabelada gördüyünüz kursla sizə valyuta satmaq və eləcədə sizin valyutanı alaraq əvəzində sizə tabelada göstərilən kursla manat vermək bankın öhdəliyidir.
Bu zaman siz növbəyə durmaq üçün aparatdan nömrə götürmüsüzsə bu sizin bankın elan etdiyi məzənnə ilə razı olduğunuzu (ofertanın aksepti) bildirir və bank artıq sizin istədiyiniz məbləğdə sizə dollar satmalıdır və eləcə də sizin verdiyiniz dolları alıb sizə manat verməlidir.
Bank bunu etmirsə artıq bu halda Mülki Məcəllənin 407.1-ci maddəsinin tələblərini pozur. Həmin maddədə deyilir: 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır”.
Hüquqşunas qeyd etdi ki, dollar satmadığı üçün bankı məhkəməyə də vermək olar:
“Bunu əsas gətirərərk siz məhkəmə qaydasında bankdan məhkəmə qərarının nə vaxt çıxmasından asılı olmayaraq banka dollar almaq üçün getdiyniz günün məzənnəsi ilə dollar ala biləcəksiniz. Çünki məhkəmə bankın öhədliyni pozuduğu günün məzənnəsini əsas götürəcəkdir.
Bəzi banklar dolların elan edilən məzənnəsi ilə yalnız şirkətlərə dollar satdıqlarını bildirirlər bu da öz növbəsində kobud qanun pozunutusudur və ayrı-seçkilikdir.
Belə hallarda məhkəməyə müraciət edərkən bankın həmin gün üçün etdiyi valyuta əməliyyatları barədə məlumat verməsini tələb edin və görəcəksiniz ki, bank əslində həmin gün həm vətəndşalara, həm də şirkətlərə dollar satışı edib, sadəcə ayrı seçklik etməklə qanunu pozmaqla bu cür əməliyyatlar həyata keçirib”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 16 saat əvvəl
-
20 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
22 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
