ABŞ-ın kommersiya xam neft ehtiyatları azalmaqda davam edir
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları ötən həftə 1,8 milyon barrel azalıb.
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya xam neft ehtiyatlarının ötən həftə 1,8 milyon barrel (0,3 faiz) azalaraq 520,8 milyon barelə düşdüyünü açıqlayıb. Bazar gözləntisi, ehtiyatların 2,4 milyon barrel azalması istiqamətində idi. Bir əvvəlki həftə də xam neft ehtiyatları 5,2 milyon barrel azalma qeyd etmişdi.
Beləliklə, ABŞ-da kommersiya xam neft ehtiyatları 6 həftə ardıcıl azalma qeyd edib.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları da keçən həftə 0,7 milyon barrel (0,1 faiz) azalaraq 688,1 milyon barrelə enib.
ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftə 0,4 milyon barel (0,2 faiz) azalaraq 240,7 milyon barelə düşüb. Bazar gözləntisi 0,7 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,2 milyon barrel azalma qeyd etmişdi.
Xam neft hasilatı 12 həftədən sonra azalıb
Sözügedən dövrdə ABŞ-ın xam neft istehsalı, bir əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 9 min barel azalaraq 9,3 milyon barelə enib.
SƏRFƏLİ QİYMƏTƏ UZUNÖMÜRLÜ KONDİSİONER AL!
Beləliklə, ABŞ-ın xam neft istehsalı 12 həftə ardıcıl yüksəldikdən sonra ilk dəfə azalıb.
Ölkənin xam neft idxalı isə sözügedən həftə əvvəlki həftəyə nisbətən, gündəlik orta hesabla 970 min barel artımla 8,59 milyon barelə yüksəlib.
ABŞ-ın kommersiya xam neft və benzin ehtiyatlarındakı azallmadan sonra, qlobal bazarlarda xam neftin qiymətlərində artım görülüb.
EIA göstəricilərinin açıqlanması ilə ABŞ-ın Qərbi Texas tipli xam neftinin barrel qiyməti 49,48 dollara, Brent neftin barrel qiyməti də 52,59 dollara qədər qalxdıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





