“Qırmızı ürəklər” yardımlar üçün 1,5 milyon manatdan artıq vəsait xərcləyib
(®️) “Qırmızı ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu ölkə üzrə xeyriyyəçilik işlərini davam etdirərək, minlərlə insana müxtəlif yardımlar edir.
2021-ci ilin ilk 6 ayı ərzində 800 nəfərdən artıq Qarabağ müharibəsi qazisinə ümumilikdə 500 min manat məbləğində dəstək göstərilib. Onlara birdəfəlik maddi yardımlarla yanaşı tibbi dəstək, təmir-tikinti işləri, bayramlarda hədiyyə, məişət texnikasının alınması kimi ehtiyacları fond tərəfindən qarşılanıb.
Cari ilin aprel-may ayları fondun təşkilatçılığı ilə “Vətən Bağı” layihəsi həyata keçirilib. Layihə çərçivəsində 1-ci və 2-ci Qarabağ müharibələri zamanı hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağaclar əkiləcək. Hələlik Kürdəmir, Saatlı, Qəbələ və Neftçala rayonlarında olan ağacəkmə aksiyaları zamanı 900-ə yaxın ağac əkilib. Payız mövsümündə analoji tədbirlər digər rayonlarda da keçiriləcək. Ağacəkmə aksiyası PAŞA Holdinqin, Kapital Bank-ın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə həyata keçirilib.
Bundan başqa 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Kapital Bank ilə birgə Daun sindromlu şəxslər üçün “Hər şey mümkündür!” sosial aksiyası keçirilib. Layihə zamanı Daun sindromlu uşaqlar üçün qurama, modellik, inklüziv hərəkət və rəqs, rəsm və gil sənəti, ippoterapiya və pizza hazırlanması kimi təlimlər təşkil edilib. 20 nəfər Daun sindromlu uşaq və yeniyetmənin iştirak etdiyi təlimlərlə bağlı qısa video çarx da hazırlanıb – https://youtu.be/KnSmpgpiArI. Layihə Ukraynada keçirilən “Kyiv International Advertising Festival”da iki nominasiya üzrə bürünc medal qazanıb.
İndiyədək “Qırmız ürəklər” tərəfindən 3000-dən artıq əsgər qazi ailəsinə müxtəlif yardımlar göstərilib. Könüllülər qrupu Bakı ilə yanaşı regionlarda da xeyriyyə aksiyaları keçirir, imkansız, çoxuşaqlı ailələri, əlilləri, yaşlı insanları ziyarət edir, onlara ərzaq və gündəlik tələbat məhsulları təqdim edir. Bu günə qədər qrup tərəfindən ölkənin 50-dən artıq rayonunda xeyriyyə aksiyaları təşkil edilib, yüzlərlə aztəminatlı ailələrə yardım göstərilib. Yeni il ərəfəsində isə “Qəhrəmanlarımızın övladları bizə əmanətdir” aksiyası çərçivəsində bütün şəhid övladlarına bayram hədiyyələri təqdim edilib. Bütün sadalanan işlərə 1,5 milyon manatdan artıq vəsait xərclənib.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Xeyriyyə Fondu kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
47 d. əvvəl
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
-
13 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Natura meyvə şirələri daha bir sosial layihənin iştirakçısı oldu
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








