TURKUAZ layihəsi çərçivəsində rekord sayda konteyner yola salınıb
“ADY Konteyner” şirkəti Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə əlavə yüklərin cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Şirkətdən Marja-ya daxil olmuş məlumata görə, BTQ vasitəsilə Gürcüstandan keçməklə Türkiyədən Azərbaycana və əks istiqamətdə konteyner qatarları ilə yüklərin çatdırılmasını nəzərdə tutuan TURKUAZ layihəsi çərçivəsində ilk dəfə olaraq rekord sayda - 48 konteynerdən ibarət blok qatar ölkəmizə yola düşüb. 45 futluq konteynerlərdə Konya şəhərindən Bakıya şəkər tozu çatdırılacaq. Qatarla ümumilikdə ölkəmizə 1344 ton şəkər tozu gətirilir.
“ADY Konteyner”in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul – “TURKUAZ” layihəsi çərçivəsində daşımaların həcmi artmaqdadır. Ötən ay layihə çərçivəsinsə 222 konteyner daşınıb. Artıq yola düşən və yüklənməkdə olan konteynerlərin sayı deməyə əsas verir ki, bu ay daşınacaq konteynerlərin sayında da artım olacaq. Bu da öz növbəsində BTQ ilə daşınan yüklərin həcminin artmasına gətirib çıxaracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
58 d. əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
6 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
6 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
7 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı





















