Dövlət bankı maliyyə vəziyyətini açıqladı - MƏNFƏƏTİ KƏSKİN ARTIB
Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq Azər-Türk Bank gəlirlərini qoruyub saxlayıb.Azər-Türk Bank 2021-ci ilin 1-ci yarısını 448 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 18 dəfə çoxdur. Bank 2020-ci ilin 1-ci yarısını 25 min manat xalis mənfəət ilə bağlamışdı.
YARIM İLDƏ 15 MİLYON MANATA YAXIN GƏLİR
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin ilk yarısında (yanvar - iyun) Azər-Türk Bankın cəmi gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 14 milyon 479 min manat, cəmi xərcləri (faiz və qeyri-faiz xərcləri) 14 milyon 392 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 87 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlardan azad olmuş 361 min manat mənfəətə əlavə edilib və mənfəət 448 min manata yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk yarısında Azər-Türk Bankın cəmi əməliyyat gəlirləri 15 milyon 114 min manat, cəmi əməliyyat xərcləri 14 milyon 658 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 456 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara 431 min manat ayırdığından həmin dövrü 25 min manat xalis mənfəət ilə bağlamışdı.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2020-ci ilin sonu ilə müqayisədə Azər-Türk Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 14 milyon 277 min manat və ya 8,5% artaraq 30 İyun 2021-ci il tarixində 181 milyon 636 min manata çatıb. Ötən ilin sonunda Bankın kredit portfeli 167 milyon 359 min manat idi.
İPOTEKA KREDİTLƏRİ PORTFELİ 100 MİLYON MANATA YAXINLAŞIB
Bu ilin ilk 6 ayında Azər-Türk Bankın istehlak kreditləri portfeli 12 milyon 351 min manat artaraq 54 milyon 594 min manata, daşınmaz əmlak kreditləri (ipoteka) portfeli 11 milyon 195 min manat artaraq 97 milyon 479 min manata yüksəlib. Biznes kreditləri portfeli isə 9 milyon 271 min manat azalaraq 29 milyon 562 min manata düşüb.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2021-ci il tarixində Azər-Türk Bank 50 milyon 845 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 50 milyon 38 min manat məcmu kapitala malik idi.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
6 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
8 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 11 saat əvvəl
-
11 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 11 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır
















