Fed faiz qərarını açıqladı
Federal Açıq Bazar Komitəsi (FOMC) faizləri dəyişdirməyərək sıfıra yaxın səviyyədə qorudu.ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) iyul ayı iclası başa çatıb.
Marja xəbər verir ki, gözlənildiyi kimi iclasda pul siyasəti faizində dəyişiklik edilməyib. Fed faizini 0%- 0,25% aralığında dəyişməz saxlayıb. Qərar yekdilliklə qəbul edilib.
FOMC aylıq 120 milyard dollarlıq qiymətli kağız alışı proqramının davam etməsinə qərar verib.
Saat 22:30-da Fed sədri Jerome Powell-in mətbuat konfransı başlayacaq. Onun şərhləri bazarların istiqaməti üzərində həlledici ola bilər.
YIĞINCAQDAN ÖNƏ ÇIXANLAR:
- Koronavirus iqtisadiyyata risklər yaratmağa davam edir,
- Məlumatlar iqtisadiyyatın güclənməyə davam etdiyini göstərdi,
- İnflyasiya müvəqqəti faktorlar ilə əlaqədar yüksəkdir.
Fed, İyun yığıncağında da faizi sabit saxlamış, ancaq 2023-cü ilin sonuna qədər faizin 2 dəfə artırılacağı siqnalını vermişdi. Fed məşğulluq və inflyasiyada əhəmiyyətli irəliləyiş qeyd edilənə qədər aylıq 120 milyard dollarlıq aktiv (qiymətli kağız) alışlarına davam etmək sözü vermişdi.
Fed-in yaydığı açıqlamada, "Ən azı 120 milyard dollar olan qiymətli kağız alış prpgramı davam etdiriləcək. İqtisadi fəaliyyət və məşğulluq güclənməyə davam edib. İqtisadiyyat, istiqraz alışlarını azaltmaq üçün qoyulan hədəflərdə irəliləyiş qeyd edilib. FOMC gələcək yığıncaqlarda irəliləməni qiymətləndirməyə davam edəcək. İqtisadiyyatı dəstəkləmək üçün bütün vasitələr dayanıqlılıqla istifadə ediləcək. İqtisadiyyatda Kovid-19-dan qaynaqlanan risklər davam edir", - ifadələrinə yer verilib.
Açıqlamada, "İnflyasiya müvəqqəti faktorlar səbəbiylə yüksəlib. Pandemiyadan ən çox zərər görən sektorlar hələ tam olaraq toparlanmayıb" deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
10 d. əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb






















