970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bahalaşan neft qiymətləri enerji nəhənglərinin işinə yarayıb

Amerikan və Avropa şirkətləri “bayram edir”.
AzVak-mobil_resmin_ustu_31
Bahalaşan neft qiymətləri enerji nəhənglərinin işinə yarayıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Bu ilin əvvəlindən bəri hər barelə görə təxminən 20 dollardan çox bahalaşan neft qiymətləri iri enerji şirkətlərinə ötən ilki “qiymət kabusunu” nisbətən unutmağa imkan verib.

Marja xəbər verir ki, ABŞ-ın ən iri enerji şirkətlərindən olan Chevron, eləcə də İtaliyadan Eni, Fransadan isə Engie maliyyə göstəricilərini açıqlayıblar.

Chevron

Gəlirlər - 2021-ci ilin 2-ci rübü: 36,11 milyard dollar, 1-ci yarımillik: 67,19 milyard dollar;

Xalis mənfəət - 2021-ci ilin 2-ci rübü: 3,08 milyard dollar, 1-ci yarımillik: 4,46 milyard dollar.

Şirkət ötən ilin 2-cü rübünü rekord 8,3 milyard dollar, ilk yarımilliyi isə4.47 milyard dollar zərərlə başa vurmuşdu.

Eni

Gəlirlər - 2021-ci ilin 2-ci rübü: 16,29 milyard avro, 1-ci yarımillik: 30,78 milyard avro;

Xalis mənfəət - 2021-ci ilin 2-ci rübü: 247 milyon avro, 1-ci yarımillik: 1,10 milyard avro.

Eni-nin ötən ilin 2-ci rübündəki zərəri 4,40 milyard avro, yarımillik zərəri isə 7,33 milyara avro olub.

Engie

Gəlirlər - 2021-ci ilin 1-ci yarımilliyi: 31,3 milyard avro;

Xalis mənfəət - 2021-ci ilin 1-ci yarımilliyi: 2,3 milyard avro.

Fransız şirkəti ötən ilin ilk yarısını sıfır mənfəətlə yekunlaşdırıb.

Bugün daha bir amerikan şirkəti - ExxonMobil də nəticələri açıqlayacaq.

30.07.2021 15:50
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19