Hədəf turizmdir?
Turizmçilər, indi də yanğının şokunu yaşayırlar.Türkiyə tarixinin ən böyük meşə yanğınlarından biri ilə qarşı-qarşıyadır. Marja xəbər verir ki, hər gün onlarla nöqtədə yanğın çıxır və buna görə təhlükəsizlik gücləri təxribat şübhəsi üzərində dayanırlar. Yanğınların xüsusilə ölkənin cənub sahillərində yüz minlərlə yerli və xarici turisti qəbul edən turizm bölgələrində eyni zamanda başlaması təxribat ehtimalını artırır.
MİLYONLARLA TURİST QƏBUL EDİRLƏR
Yanğınlara təslim olan Milas, Marmaris, Kemer və Köyceğizin daxil olduğu Muğla pandemiyadan 1 il əvvəl ildə 3,5 milyon xarici turist qəbul etmişdi. Yanğınla boğuşan Antaliya (Manavgat və Akseki) 3,5 milyon, Aydın (Didim) isə 2,5 milyon xarici turist qəbul etmişdi. Bu il də pandemiya məhdudiyyətlərinin ləğv edilməsilə az da olsa keçmiş günlərinə dönən turizmçilər, indi də yanğının şokunu yaşayır.
Türkiyənin sahil bölgələri daha əvvəl də bugünki kimi yanğınlara səhnə olmuş və bu yanğınların Yunanıstandakı düşərgələrdə təxribat təhsili almış terroristlər tərəfindən törədildiyi müəyyən olunmuşdu. Terror təşkilatı PKK, 1997-ci ildə bir gecədə Antaliyada 650 hektarlık meşəni və 200 hektarlık bağçanı yandırıb. Manavgat ve Belekdə də təxribat cəhdləri olub. 2006-cı ilin Avqust ayında turizm bölgələrində arxasında PKK-nın olduğu meşə yanğınları çıxmışdı. 5 gün ərzində 4 milyon ağac yox olmuşdu.
2019-un İyul ayında İstanbul-Kartalda, Muğla-Dalaman və Milasda baş vermiş meşə yanğınlarını da PKK-ya bağlı sözdə "Xalqların Birləşmiş İntiqam Milisləri" üzərinə götürmüşdü.
Həmçinin oxu
Ərzaq təhlükəsizliyi təhlükə altındadır? - MÜSAHİBƏMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
24 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 27 d. əvvəl
-
36 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
39 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir

















.jpg)



