NASA məhkəməyə verilir - 3 milyard dollara görə
Elon Maskın şirkətinə verilən müqavilə NASA-nın başağrısına çevrilib...Dünyanın ən zəngin adamlarından biri, Amazon şirkətinin sabiq rəhbəri, milyarder Ceff Bezosun kosmik tədqiqatlar firması Blue Origin ABŞ-ın Milli Aeronavtika və Kosmik məkanın Tədqiqi Agentliyini (NASA) məhkəməyə verir.
Marja xəbər verir ki, Blue Origin NASA-nın Aya uçuş proqramı üçün keçirdiyi 2,9 milyard dollarlıq tenderin nəticələrinin ləğvini tələb edir.
Blue Origin iddia ərizəsində, NASA-nın tender təkliflərini "qanunsuz və qaydalardan kənar" şəkildə qiymətləndirdiyini iddia edir.
Xatırladaq ki, bu ilin əvvəlində ABŞ astronavtlarını yenidən Ayın səthinə endirmək üçün elan olunan kosmik tenderdə qalmaqallı Tesla rəhbəri Elon Maskın daha bir şirkəti - SpaceX qalib gəlib. Tenderdə SpaceX, Blue Origin və Dynetics şirkətləri iştirak edirdi. Apreldə açıqlanan rəsmi nəticələrlə razılaşmayan Blue Origin əvvəlcə ABŞ Hökumətinin Hesabatlılıq Ofisinə şikayət etmişdi.
İyulun sonunda Hesabatlılıq Ofisi şikayəti rədd edərək, NASA-nın qərarını qüvvədə saxlayıb. Şirkət məhkəməyə təqdim etdiyi iddia ərizəsində “tender və satınalma prosesində ciddi pozuntulara yol verildiyini, qiymətləndirmə və seçim meyarlarının yanlış və qərəzli olduğunu” bildirib. ABŞ Federal İddia Məhkəməsinin işə nə zaman baxacağı hələ dəqiqləşməyib.
NASA bu tenderdən öncə konseptual layihələr üçün SpaceX-ə 135 milyon dollar, Dynetics-ə 253 milyon dollar, Blue Origin-ə isə 579 milyon dollar ayırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
12 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)






.jpg)






