Nizami Piriyevin Bakıdakı brilliant mağazası da bağlandı
Məşhur azərbaycanlı oliqarx, "PNN Group” şirkətinin rəhbəri Nizami Piriyevin Azərbaycandakı biznesi qürub çağını yaşamaqdadır.
Hələ 2015-ci ildə həbs xəbəri yayılmış biznesmen fırıldaqçılıqda və ictimai əmlakı mənimsəməkdə ittiham olunurdu. O da Hacı İbrahim Nehrəmli və başqa iş adamları kimi "Beynəlxalq Bank” işində cəncələ keçmişdi.
Ancaq kredit qalmaqalı ilə bağlı saxlanılan N.Piriyev az sonra azad edilmişdi. İndisə onun Bakıdakı biznes "imperiyası” çökməkdədir.
Oliqarxa məxsus brilliant mağazası fəaliyyətini dayandırıb.
"PNN Group”un tərəfdaşlarından olan məşhur "De Beers” zinət əşyaları brendinin Neftçilər prospekti 47 ünvanında yerləşən mağazası artıq bağlanıb.
Şirkətin 2013-cü ildən Bakıda satışını həyata keçirdiyi dəbdəbəli brilliant brendi ilə müqaviləni dayandırdığı bildirilir. Bunun səbəbi kimi iqtisadi böhranın vurduğu zərbə və N.Piriyevin zərərlə işləməsi göstərilir.
Ümumiyyətlə, manatın devalvasiyasından sonra Bakının mərkəzində bir sıra brend mağazalar, butiklər işini dayandırmalı olmuşdu. Ancaq N.Piriyevin Bakıda fəaliyyəti dayanan ilk obyekti deyil.
İş adamının bir müddət əvvəl açdığı "Port Baku Mall”da yerləşən dünyaca tanınmış "WH Smith book-café” fəaliyyətini ötən il dayandırıb.
"De Beers” brendi isə Bakıda 2013-cü ilin fevral ayından fəaliyyət göstərirdi. Mağazanın işləri ilə əsasən "PNN Group”un digər ortağı, Nizami Piriyevin oğlu Nəsib Piriyev məşğul olurdu.
"PNN Group”un əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən "AzMeCo” şirkətindədir. "PNN Group” "De Beers”lə yanaşı, "Hamley's” brendinin də tərəfdaşıdır.
Ötən il isə mətbuatda 2015-ci ilin əvvəlindən bəri fəaliyyətini dayandıran və N.Piriyevə məxsus "Metanol” zavodunun SOCAR-a satıldığı ilə bağlı xəbərlər yayılmışdı.
© BakiPost.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 17 d. əvvəl
-
17 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 33 d. əvvəl
- 33 d. əvvəl
- 36 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN





















