Bolqarıstan Azərbaycan qazının tədarükünü artırmaqda maraqlıdır
Bolqarıstanın "Bulgargaz" şirkəti Azərbaycan tərəfi ilə qazın alternativ marşrutla nəqlinin davam etdirilməsi ilə bağlı danışıqlara başlayıb.
"Bulgargaz"ın yaydığı məlumata görə, əldə edilən ilkin razılığa əsasən, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) istifadəyə verilməsinin təxirə salınması səbəbindən Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir. Lakin razılaşmanın vaxtı bu ilin sentyabrın sonunda bitir.
Məlumata görə, IGB-nin istifadəyə verilməsi vaxtı daha da gecikdiyindən (sonuncu məlumata görə, kəmərin istifadəyə verilməsi tarixi 01.07.2022 il tarixinədək uzadılıb) "Bulgargaz" Azərbaycan tərəfi ilə həcmləri artırmaqla alternativ marşrutla qazın nəqli üzrə razılaşmanın müddətini gələn ilin iyulun əvvəlinədək uzadılması ilə bağlı danışıqlara başlayıb.
"Müvəqqəti marşrut üzrə tədarükün razılaşdırılması təchizatçının imkanlarından asılıdır, bundan başqa, "Bulgargaz" həm şirkətin, həm də istehlakçıların alternativ marşrutdan istifadə risklərini nəzərə alır", - məlumatda deyilir.
Qeyd olunur ki, "Bulgargaz" alternativ şəbəkə üzrə nəqletmə həcmlərini hərracda əldə edib və müəyyən şəraitdə Yunanıstan operatoru Bolqarıstana qazın ötürülməsini məsuliyyət daşımadan dayandıra bilər. Belə halda, "Bulgargaz" istifadə edə bilməyəcəyi nəqletmə güclərinə və qaz həcmlərinə görə ödəməli olacaq vəziyyətlə üzləşə bilər. Ona görə də, Azərbaycandan tədarükün lazımi təhlükəsizliyi yalnız IGB qaz kəməri ilə təmin edilə bilər.
Xatırladaq ki, alternativ marşrutla Bolqarıstan bu ilin sentyabr ayının sonunadək Azərbaycandan 225 mln. kubmetrə yaxın təbii qaz alacaq.
Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında tikilən 182 km-lik IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər.
Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb.
Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 14 d. əvvəl
-
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
2 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Ən çox oxunanlar
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək






















