Ən aşağı faizlər ilə xidmət göstərən bank yeni filialını istifadəyə verdi

“Naxçıvanbank” ASC-nin Şahbuz rayonunda yeni filialı istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Əsədulla İsgəndərov çıxış edərək “Naxçıvanbank”ın Azərbaycan Respublikasının ilk regional bankı olduğunu bildirib. Qeyd edib ki, “Naxçıvanbank” Mərkəzi Bank tərəfindən 2008-ci il 4 avqust tarixində verilən lisenziya əsasında həmin il sentyabrın 1-dən fəaliyyətə başlayıb. Bank əhaliyə, sahibkarlıq subyektlərinə universal bank və maliyyə xidmətini kompleks şəkildə göstərməkdədir. Bankın Naxçıvan, Şərur, Kəngərli, Culfa, Ordubad, Bakı şəhərlərində filial və şöbələri fəaliyyət göstərir. Baş idarə, 7 filial, bir şöbə, 2 valyutadəyişmə məntəqəsi, 44 bankomat, 72 ödəniş terminalı, 1021 POS-terminal və 61 mindən çox ödəniş kartı ilə müştərilərinə xidmət edən bankın cari ildə 14 mindən çox aktiv kredit müştərisi olub ki, onun da 529 nəfəri Şahbuz rayonunda yaşayan əhalidir. Müştəri məmnuniyyətini, şəffaflığı və peşəkar xidməti əsas prinsip seçən “Naxçıvanbank” ASC artıq Şahbuz rayonunda da fəaliyyətə başlayır.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin yeni filialının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib.
Qeyd olunub ki, “Naxçıvanbank” tərəfindən muxtar respublika sakinlərinə kənd təsərrüfatı istiqamətində, eyni zamanda, iqtisadiyyatın aparıcı sahələrində kreditlər verilir. “Naxçıvanbank” ASC-nin yeni rayon filialının yaradılması sakinlərin bankın xidmətlərindən rahat şəkildə istifadəsinə imkan verəcək. Şahbuz rayon sakinlərinə bütün kredit növləri daxil olmaqla, 3 milyon manata kimi maliyyə-kredit xidməti göstərilib. Bankın filialının açılması imkan verəcək ki, burada artıq kreditlərin əhatə dairəsi də genişlənsin və vətəndaşların kredit götürməsi daha asan, əlçatan olsun.
Baş nazir bildirib ki, Şahbuz rayonunda “Naxçıvanbank” ASC-nin yeni filialının yaradılması da artıq imkan verəcək ki, rayon sakinləri Naxçıvan şəhərinə getmədən “Naxçıvanbank”ın göstərdiyi bütün xidmətlərdən faydalansınlar. “Naxçıvanbank” ASC bu gün ölkə üzrə müştərilərinə ən aşağı faiz dərəcələri ilə xidmət göstərir.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev qeyd edib ki, “Naxçıvanbank” ASC-nin Şahbuz rayon filialının istifadəyə verilməsi rayonda müxtəlif sahələrin daha da inkişaf etməsinə şərait yaradacaq. Bu isə həm bankın inkişafında, həm də rayon sakinlərinin təsərrüfatlarını genişləndirməsində əhəmiyyətli rol oynayacaq.
Binaya baxış zamanı məlumat verilib ki, 2 mərtəbəli binanın birinci mərtəbəsində müştəri zalı, təhlükəsizlik, əməliyyat, kassa, qiymətlilərin saxlanma və server otaqları yerləşir. İkinci mərtəbədə isə müdir, kredit, arxiv və mütəxəssis otaqları, iclas zalı, qarderob və mətbəx vardır. Filialda biznes, kənd təsərrüfatı, ailə təsərrüfatı, istehlak və ipoteka kreditlərinin verilməsi, eyni zamanda, kassa əməliyyatları və pul köçürmələri kimi bütün maliyyə əməliyyatları həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat sonra
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
10 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
