"Neftçala avtomobil zavodunun bazar problemi olmayacaq"
Son illər Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi nəticəsində dövlətlər arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir.
Prezidentlərin qarşılıqlı səfərləri və əməkdaşlıq haqqında imzalanan sənədlər iş adamlarının biri-birinə etimadını artırır. Məhz bu etimadın fonunda İran şirkətlərinin Azərbaycana investisiya yatırmaq istəkləri təbii görünür.
İranın məşhur avtomobil istehsalçısı olan “İran-Khodro” şirkəti ilə Azərbaycanın “AzEuroLLC” şirkəti arasında ötən ilin avqustunda imzalanmış müqavilə əsasında Neftçalada avtomobil zavodunun təməli qoyulub. Bu ilin avqustunda istifadəyə verilməsi gözlənilən zavod hər iki ölkənin ixrac potensialını gücləndirəcək və büdcə gəlirlərinin artmasına imkan yaradacaq.
“İran-Khodro”-nun Baş direktoru Haşem Yekke Zare bildirib ki, ildə 10 min avtomobil buraxmaq gücünə malik olan zavodda İranın “Dena”, “Runna”, “Soren” və “Samand” markalı avtomobilləri istehsal ediləcək. Avro-5 standartına uyğun olan bu avtomobillər MDB və Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq. Layihənin dəyəri 15 milyon dollar həcmindədir. Bu məbləğin 25 faizini İran, 75 faizini isə Azərbaycan şirkəti maliyyələşdirir. Avtomobillərin ehtiyat hissələri də Azərbaycandakı zavodlarda hazırlanacaq. İlkin mərhələdə zavodda 300 nəfər işçi çalışacaq.
Zavodun məhsullarının daşınması nəqliyyatın, satış mərkəzlərinin açılması ticarətin, avtomobillər üçün detalların hazırlanması isə müvafiq istehsal sahələrinin yaradılmasına səbəb olacaq və bu da ölkəmizdə sənayenin inkişafına əhəmiyyətli təkan verəcək.
İranın sənaye nazirinin müavini Cəfər Sərcani bildirib ki, daxili bazarla yanaşı, xarici bazarlarda mövqeləri də möhkəmləndirmək lazımdır. Neftçala avtomobil zavodunun məhsulları hər iki bazar üçün nəzərdə tutulub və qiymətlərin münasib olması məhsulun alıcı tapmasını asanlaşdıracaq.
İran avtomobil istehsalında bu gün Yaxın Şərqdə lider dövlətdir. Buradan İraqa, Pakistana və bəzi Körfəz ölkələrinə avtomobil ixrac olunur. Bütün bunlar deməyə əsas verir ki, Neftçalada istehsal ediləcək minik avtomobilləri üçün bazar problemi olmayacaq.
Son illər İran şirkətləri Azərbaycan iqtisadiyyatına 2,5 milyard dollar həcmində sərmayə yatırıblar. İctimai-siyasi sabitlik, mükəmməl qanunvericilik, əlverişli biznes mühiti və digər faktorlar Azərbaycanı investisiyalar üçün cəlbedici ölkəyə çevirib.
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 20 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 42 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
















.jpg)





