“PAŞA Bank” startap şirkətilə birgə onlayn mühasibat məhsulu təklif edir - AZƏRBAYCANDA İLK DƏFƏ
“PAŞA Bank” "Açıq Bankçılıq" konsepsiyasına əsaslanan qabaqcıl həlləri tətbiq edirAzərbaycanın aparıcı korporativ bankı – “PAŞA Bank” yerli bazarda biznesin ehtiyaclarını qarşılamaq və onların davamlı inkişafına töhfə vermək məqsədi ilə qabaqcıl rəqəmsal həlləri tətbiq etməyə davam edir.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, bu ildən etibarən “PAŞA Bank” fəal şəkildə “Açıq Bankçılıq” (Open Banking) konsepsiyasını tətbiq etməyə başlamışdır. Bu konsepsiya müştərilərə “fintech” xidmətlərinin göstərilməsində ixtisaslaşmış üçüncü şirkətlərin texnoloji həllərini özündə birləşdirən yeni bir ekosistemdən istifadəni nəzərdə tutur. “Açıq Bankçılıq” arxitekturasını tətbiq edərək “PAŞA Bank” sahibkarların biznes inkişafının müvəffəqiyyətinə bilavasitə təsir edən texnoloji həllərin, o cümlədən onlayn mühasibat, hesabatlılıq, hesabların idarə edilməsi və s. həllərin istifadəsinə imkan yaradır.
“PAŞA Bank”ın “Açıq Bankçılıq” konsepsiyası çərçivəsində müştərilərə təqdim olunan ilk texnoloji həll “Hesabat” adlı onlayn mühasibat məhsuludur. Belə ki, “TechFin” şirkəti ilə tərəfdaşlıq çərçivəsində biznes subyektlərinə “bulud” əsaslı və maliyyə məlumatlarının tam inteqrasiya olunduğu mühasibatlıq idarəetmə xidmətləri təqdim edilib. Burada “PAŞA Bank” müştəriləri əməliyyatların operativ qeydiyyatı, məlumat bazasının sığortalanması, ödənişlərin avtomatik əks olunması, çox funksiyalı idarəetmə və digər üstünlüklərdən faydalana bilərlər. Belə bir xidmət Azərbaycanda ilk dəfə təqdim olunur.
PAŞA Bankın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilovun sözlərinə görə, “Açıq Bankçılıq” yanaşmasının ən əhəmiyyətli nəticələrindən biri bazarda sağlam rəqabətin güclənməsidir ki, bu isə yeni və keyfiyyətli məhsul və xidmətlərin yaradılmasına gətirib çıxaracaq.
"Açıq Bankçılıq” prinsiplərinə uyğun olaraq, bank bazarının iştirakçıları yeni iş modellərinin tətbiqinin perspektivləri və imkanlarını dərindən analiz edərək “fintech” seqmentindəki şirkətlərlə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni üfüqləri aça bilərlər. “PAŞA Bank” isə öz növbəsində belə bir əməkdaşlıq çərçivəsində təklif edilən texnoloji yenilikləri öz müştərilərinin bizneslərinin davamlı inkişafını dəstəkləməyi və biznes proseslərini daha da sadələşdirməyi hədəfləmiş olur. Beləliklə, “PAŞA Bank” tərəfindən “Açıq Bankçılıq” prinsiplərinin aktiv şəkildə tətbiq edilməsi nəticəsində, Bankın müştəriləri ən son texnoloji həllərin tətbiqi nəticəsində əlavə rəqabət üstünlükləri qazanmış olacaqlar, yüksək keyfiyyətli texnoloji həllər göstərə bilən partnyorlar isə geniş müştəri bazasına xidmətlərini göstər bilmiş olacaqlar”, - deyə V. Xəlilov bildirib.
Həmçinin oxu
Daha 4 startap şəhadətnamə aldıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
-
31 d. əvvəl
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
- 40 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
-
1 saat əvvəl
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
2 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
Ən çox oxunanlar
Yanvarın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
















