Böyük Britaniyada benzin böhranı - ordu məsələyə qarışır
Sürücü çatışmır, hökumət bəzi qanunların tətbiqini məcburi dayandırır...Böyük Britaniyada ötən həftədən başlayaraq, yanacaqdoldurma məntəqələrində benzin və maye qaz qıtlığı yaşanır.
Marja xəbər verir ki, Pərakəndə benzin satışı Assosiasiyası ona üzv olan şirkətlərin 5500 məntəqəsindən üçdə ikisində benzinin bitdiyini bildirib. Ölkədə cəmi 8000 yanacaqdoldurma məntəqəsi var.
Pandemiya səbəbindən ölkədə iri yükdaşıyan avtomobil sürücülərinin azalması həm yanacaq, həm də bir sıra ərzaq mallarının çatdırılmasında ciddi problem yaradıb. Təkcə 2019-cu ilin 2-ci rübü ilə 2021-ci ilin analoji dövrü arasında 72 min sürücü yeri boşalıb. Nəticədə, ötən həftəsonu benzinin tezliklə bitəcəyindən ehtiyat edən vətəndaşlar yanacaqdoldurma məntəqələrinə axın edib.
İri şirkətlərdən Shell, ExxonMobil və Greenenergy “hazırkı qıtlığın səbəbinin ölkədə yanacaq çatışması deyil, tələbatın qəfil artımı olduğunu” bildirsələr də, problem hələ də öz həllini tapmayıb.
Hökumət hərəkətə keçib..
Britaniya hökumət artıq bir sıra müvafiq tədbirlərin icrasına start verib. Ötən şənbə günü müvəqqəti olaraq 5000 əcnəbi işçiyə yanacaq və ərzaq daşınmasında çalışmaq üçün müvəqqəti viza veriləcəyi elan edilib. Həmçinin, yanacaqdoldurma məntəqələrinin təmin edilməsi üçün daşınmada ordunun imkanlarından istifadə olunması gündəmdədir.
Bundan başqa, hökumət iri istehsalçıların bir-biri ilə əlaqələndirilmiş şəkildə anbardakı ehtiyatları sürətlə satış nöqtələrinə çatdırması üçün antiinhisar qanunvericiliyinin tətbiqini müəyyən müddətə dayandıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





