Ərdoğan: "Putinlə Qarabağ məsələsini geniş şəkildə müzakirə etdik"
"Rusiya Prezidenti Vladimir Putinlə görüşümüzün əsas mövzusu regional məsələlər oldu. Suriya, Liviya və Əfqanıstandakı vəziyyəti dəyərləndirdik".
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, görüşdə Qarabağ məsələsinin də müzakirə olunduğunu vurğulayıb: "Qarabağ məsələsini da geniş şəkildə müzakirə etdik. Birgə atılması mümkün olan addımlar barədə səmimi fikir mübadiləsi apardıq".
“Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir”
“Zəngəzur dəhlizi bütün bölgə üçün vacib imkan yaradacaq. Orada çəkiləcək avtomobil və dəmir yol xətti bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq”.
Bunu da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycan bu dəhliz üçün çox geniş işlər görür. Təbii ki, Ermənistan tərəfinin bu dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”, – R.T.Ərdoğan qeyd edib.
Həmçinin oxu
Vladimir Putin Türkiyəyə səfər edəcək"Putin altılıq formatında əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir"
Rəcəb Tayyib Ərdoğan bildirib ki. “Rusiya Prezidenti Vladimir Putin bölgədə altılıq formatında əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir”.
O, “Vladimir Putinlə görüşdə bölgədə altılıq formatında əməkdaşlıq platformasının yaradılması məsələsi də gündəmə gəldimi” sualına belə cavab verib: “Vladimir Putin onsuzda bu məsələyə hər zaman hazırdır”.
Qeyd edək ki, altılıq formatı Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistan arasında əməkdaşlq platformasının yaradılmasını nəzərdə tutur.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 29 d. əvvəl
-
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 41 d. əvvəl
- 43 d. əvvəl
-
55 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım























