Komitə gömrük postunun tikintisinə daha 9,2 milyon manat xərcləyir - ŞİRKƏTƏ SİFARİŞ
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi "Xaçmaz rayonu, Xanoba kəndində tikilən Şimal Ərazi Baş Gömrük İdarəsi Xanoba gömrük postunun kompleks tikintisi üzrə tikinti-quraşdırma işləri ilə əlaqədar" keçirdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, qalib şirkət "As İnşaat" MMC-dir.
Komitə qalib şirkət ilə məbləği 9 milyon 200 min manat olan müqavilə imzalayıb. Müqavilə Xanoba kəndində tikilən Şimal Ərazi Baş Gömrük İdarəsi Xanoba gömrük postunun kompleks tikintisi üzrə tikinti-quraşdırma işlərini nəzərdə tutur.
2020-ci ilin sonunda da Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi “As İnşaat” MMC ilə 8 milyon manatlıq müqavilə bağlayıb. Müqavilə Xaçmaz rayonu, Xanoba kəndində tikilən Şimal Ərazi Baş Gömrük İdarəsi Xanoba gömrük postunun kompleks tikintisi (birinci mərhələsi) üzrə tikinti - quraşdırma işlərini nəzərdə tutur.
Bu ilin İyul ayında Dövlət Gömrük Komİtəsininsədri Səfər Mehdiyev "Twitter" hesabında yazıb ki, Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən Xanoba gömrük postu yaxın vaxtlarda istifadəyə veriləcək.
"AS İnşaat" şirkətinin saytında verilən məlumata görə, “Xanoba” gömrük postu 3 zonadan ibarət olacaqdır.
1. Rejim zonası. Ərazisi – 24992,74 kvadrat metr
Bu zonaya daxildir: 3 mərtəbəli inzibati bina, Talvar1, Talvar2, Az-Rus, Rus-Az keçidləri, kinoloji xidmət, texniki baxış binası, skaner CİP 300, portal monitorlar, 27 maşınlıq xidməti avtodayanacaq, dezinfeksiya baryeri.
2. İdxal və ixrac üçün terminal. Ərazisi – 35216,91 kvadrat metr.
Bu zonaya daxildir: TAM, yük terminal və skaner, rentgen MCVC, 4 ədəd tərəzi, çirkab su anbarı, transformator, 1 mərtəbəli əlavə xidmət binası, avtoyuyucu, 55 ədəd idxal üçün avtodayanacaq, 81 ədəd idxal üçün avtodayanacaq, 2500 kvadrat metrlik QİDA agentliyi üçün ayrılmış ərazi.
3. İctimai iaşə zonası. Ərazisi – 5923,45 kvadratmetr
Bu zonaya daxildir: 2 mərtəbəli əlavə xidmət binası, ictimai iaşə zonası, 27 maşınlıq xidməti avtodayanacaq, 27 maşınlıq taksi dayanacağı, 11 ədəd avtobus dayanacağı, 4 ədəd köşk, 27 ədəd ödənişli maşın dayanacağı, ictimai sanitar qovşağı.
Ərazinin ümumi sahəsi 65636,91 kvadrat metrdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




