VTB (Azərbaycan) nağd kreditin maksimal məbləğini artırdı - YENİ ŞƏRTLƏR
Yeni şərtlər, müştərilərə yalnız şəxsiyyət vəsiqəsi təqdim etməklə, sənədləri toplamağa (sərf olunan) vaxtlarını əhəmiyyətli dərəcədə qənaət etməyə və bir dəfə ofisə gələrək kredit üçün müraciət etməyə imkan verəcək!Yevgeni Borodin: Nağd kredit portfelimiz səkkiz ayda iki dəfə artmaqla 36,3 milyon manata çatıb.
VTB (Azərbaycan) müştərilər üçün nağd kredit üzrə maksimal məbləği 35 min manata çatdırıb.
Bankdan Marja-ya daxil olmuş məlumatd bildirilir ki, krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir, gəliri və məşğulluğu təsdiq edən sənədlər, habelə zamin tələb olunmur.
VTB (Azərbaycan)-dan nağd krediti 300 manatdan 35 000 manatadək 6 aydan 60 aya qədər müddətə 15%-dən başlayan illik faiz dərəcəsi ilə əldə edə bilərsiniz.
Yenidən maliyyələşdirmə proqramı çərçivəsində digər banklardan alınan bir neçə krediti birləşdirə, onlar üzrə olan borcu ödəyə, həmçinin əlavə vəsait əldə edə bilərsiniz.
“VTB (Azərbaycan) üçün maliyyə xidmətlərinin bütün müştərilər üçün mümkün qədər sadə və əlçatan olması strateji əhəmiyyət kəsb edir.Yeni şərtlər, müştərilərə yalnız şəxsiyyət vəsiqəsi təqdim etməklə, sənədləri toplamağa (sərf olunan) vaxtlarını əhəmiyyətli dərəcədə qənaət etməyə və bir dəfə ofisə gələrək kredit üçün müraciət etməyə imkan verəcək. Bu gün Azərbaycan sakinləri arasında bank məhsullarımıza tələbatın artdığını müşahidə edirik - nağd kredit portfelimiz səkkiz ayda iki dəfə artmaqla 36,3 milyon manata çatıb. Əminik ki, payız və qışda istehlak kreditlərinə tələbatın mövsümi artması fonunda yeni təklif müştərilərimiz üçün xüsusilə aktual olacaqdır”, - deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Yevgeni Borodin bildirib.
Müştərilər kredit müraciətini bankın veb-saytına, Facebook və WhatsApp messencerlərindəki Direct çat-banka, həmçinin bankın 986 qısa nömrəli əlaqə mərkəzinə müraciət edərək ünvanlaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
29 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 38 d. əvvəl
- 41 d. əvvəl
- 49 d. əvvəl
-
53 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı






















