Məşhur ketçup markası da bahalaşma anonsu verdi
“İnsanlar yüksək ərzaq qiymətlərinə öyrəşməlidir”...ABŞ-ın 3-cü ən iri qida və içki şirkəti, Heinz tomat ketçuplarının istehsalçısı Kraft Heinz məhsullarının satış qiymətini artırıb.
Marja xəbər verir ki, bu barədə şirkətin baş direktoru Miquel Patricio ötən həftəsonu BBC-yə müsahibəsində bildirib.
Heinz rəsmisi pandemiya səbəbindən istehsalın əsas xammalını təşkil edən qarğıdalı, şəkər, soya kimi tərəvəzlərin, palma yağının, dənli və paxlalı bitkilərin istehsalında azalmanın qiymət artımına təsirini vurğulayıb. Həmçinin, Böyük Britaniyada yük maşını sürücülərinin, ən iri bazar olan ABŞ-da işçi çatışmazlığının da təsiri olduğunu bildirib: “Bu kimi obyektiv və subyektiv səbəblərdən insanlar ərzaq qiymətlərinin bahalaşmasına alışmalıdır”.
İldə 650 milyon butulka ketçup satan Heinz-in gəlirləri cari ilin birinci yarısında 1,6% artaraq, 13 milyard dollara çatıb. Patricio şirkətin ABŞ-dakı məhsulların yarısından çoxunda qiymət artımına getdiyini, digər regionlarda da məcburi bahalaşma tətbiq edəcəyini bəyan edib.
Həmçinin oxu
Pepsi bahalaşmanın anonsunu verdi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 24 d. əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
5 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir







.jpg)






.jpg)





