Dövlət "Azərtütün"ü satır - ŞƏRTLƏR
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus "Azərtütün" ASC-nin səhmlərinin 85%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Məlumata görə, müsabiqə yaxın vaxtlara qədər adı və təşkilati-hüquqi forması “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC olan həmin müəssisənin özəlləşdirilməsi haqqında ölkə prezidentinin 16 aprel 2021-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və dövlət başçısının 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq elan olunub.
Müsabiqədə hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. Seçim zamanı investisiyanın məbləği və səmərəliliyi ilə bağlı ən əlverişli təklif təqdim etmiş və öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək.
"Azərtütün" Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşir, yaş tütünün tədarükü, qurudulması və quru tütünün emalı ilə məşğuldur. Onun nizamnamə kapitalı 20 331 134 milyon manatdır ki, bu məbləğ də hər birinin nominal dəyəri 2 manat olan 10 165 567 səhm əsasında formalaşıb. Bunun isə 8 640 732-i investorlara təklif olunur.
Səhmdar cəmiyyətinin 109 nəfər işçisi var. Onun öhdəlikləri 1 644 616 manatdır ki, bunun da 33 830 manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna borclar, 93 910 manatı əmək haqqı və ona bərabər tutulan borclar, 201 017 manatı mal, iş və xidmətlərə görə borclar, 900 000 manatı bank kreditləri, 415 859 manatı isə sair borclardır. Müəssisənin debitor borcları isə 63 360 manatdır.
İddiaçı azı 8 milyon manatlıq İnvestisiya Proqramı təqdim etməli, alqı-satqı müqaviləsinin imzalanmasından sonra 30 gün ərzində "Azərtütün"ün hesabına təklif olunan investisiyanın 5%-i qədər, cəmiyyətin səhmlərinin alınmasına görə isə dövlət büdcəsinə 6,3 milyon manat, bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə isə 17 700 manat ödəməlidir.
Bunda başqa, iddiaçı ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə müsabiqənin şərt və tələblərini icra edəcəyinə təminat verən 3 milyon manat vəsaiti beh kimi ƏMDX-nın Azərbaycan Mərkəzi Bankındakı hesabına köçürməlidir. Bu məbləğ qalib gəlmiş iddiaçının şərt və tələbləri yerinə yetirməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaq.
İddiaçıların təklifləri noyabrın 17-nə qədər ƏMDX-da (Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50, 401-ci otaq) qəbul olunur. Təkliflətin qiymətləndirilməsi noyabrın 18-i, saat 11:30-da başlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





