“AS Group Investment” şirkəti “Rebuild Karabakh 2021” sərgisində
(®) 20-22 oktyabr tarixlərində Bakıdakı Expo Mərkəzində keçirilən, Qarabağın bərpasına və yenidən qurulmasına həsr olunan “Rebuild Karabakh 2021”-in əsas iştirakçılarından biri də “AS Group Investment” şirkətidir.
Sərgidə şirkət Qarabağda həyata keçirilən mühüm layihələrdən sayılan Zəngilan rayonunun Ağalı kəndində inşası aparılan və 17 oktyabrda Füzuli rayonunun Dövlətyarlı kəndində cənab prezident İlham Əliyev tərəfindən təməldaşı qoyulan “Ağıllı kənd” layihələrini qonaqlara təqdim edib. Hər iki layihə sərgiyə gələn qonaqların böyük marağına səbəb olub. Qeyd edək ki, “ AS Group” şirkəti Zəngilandakı “Ağıllı kənd”in konsepsiyasından başlayaraq düzgün şəhərsalma, tikinti, kənd üçün ağıllı həllər, alternativ enerji mənbələrindən istifadə, yeni istehsal sahələrinin yaradılmasına kimi işlərin, Füzuli rayonunun “Ağıllı kənd”inin isə layihələndirmə və tikinti işlərini yerinə yetirir. “Ağıllı kənd”lər həmçinin işğaldan azad edilmiş ərazilərimizdə yeni iş yerlərinin yaradılaması, əhalinin öz tarixi torpaqlarına qaytarılması istiqamətində də mühüm layihə hesab olunur.
“AS Group Investment” sərgi qonaqlarını həm də bu günə kimi yerinə yetirdiyi dövlət layihələrindən qaçqın və məcburi köçkünlər üçün inşa edilən binalar, sərhəd gömrük keçid məntəqələri, su və çirkab suları xətlərinin salınması, özəl sektorda isə Bakının premium yaşayış kompleksi sayılan “Renessans Palace”, Buzovnada “Villa Siena” kompleksləri barədə foto, video məlumatlar təqdim edib. Peşəkar heyət və müasir texnologiyalara əsaslanaraq şirkət qısa müddət ərzində layihələrin tam icrasını yerinə yetirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)





