Elman Rüstəmov və Zakir Nuriyev Naxçıvanda səfərdə olublar - TAPŞIRIQLAR VERİLİB
Azərbaycan Republikasının Mərkəzi Bankının sədri Elman Rüstəmov və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Naxçıvan Muxtar Respublikasında bank-maliyyə sektorunun inkişafı problemləri, əhalinin və biznesin maliyyə xidmətlərinə çıxışı, bank sektorunun kiçik və orta sahibkarlığa dəstək imkanları, nağdsız ödənişlərin genişlənməsi və digər bu kimi məsələləri müzakirə etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında səfərdə olublar.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, görüşdə qeyd edilmişdir ki, blokada şəraitində olduğu üçün Naxçıvan MR-in maliyyə sektoru, onun problemləri və inkişaf məsələləri daim diqqət mərkəzində olunub. Görüşün də əsas məqsədi hazırda bu sektorda mövcud vəziyyəti və görüləcək işləri, o cümlədən əhalinin və sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə çıxışının yaxşılaşdırılması, nağdsız əməliyyatların genişləndirilməsi, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ipoteka kreditləşməsinin genişləndirilməsi kimi məsələlərin birgə müzakirə edilməsindən ibarət olub.
Aparılmış müzakirələr nəticəsində qarşıda duran əsas vəzifələrin əhalinin və sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının genişləndirilməsi, maliyyə xidmətlərindən istifadənin əlçatanlığının artırılması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ipoteka kreditləşməsinin əhatə dairəsinin genişləndirilməsi, nağdsız əməliyyatların həcminin artırılması, Naxçıvan MR-in iqtisadiyyatının ixrac potensialının artırılması məqsədilə sahibkarların ixrac kreditləşməsi, Naxçıvan MR-də fəaliyyət göstərən bankların özünüməşğulluq proqramının reallaşmasında aktiv iştirak etməsi, əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təhsil prosesinə, təlimlərə cəlb edilməsi olduğu müəyyənləşmiş və bu məsələlərin nəzarətdə saxlanılması və həlli istiqamətində tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)






