Azər Türk Bank -ın xalis mənfəəti artıb - MALİYYƏ VƏZİYYƏTİNİ AÇIQLADI
Cari ilin 9 ayında Bank 728,6 min manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən dəfələrlə çoxdur.Dövlət bankı Azər Türk Bankın yaydığı press-relizə görə, 01 oktyabr 2021-ci il tarixinə Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq, 368 milyon manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 197,1 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 23% yüksəkdir.
Ümumi gəlirlər 24,4 milyon manat, xərclər 23,7 milyon manat olmuşdur.
Cari ilin 9 ayında Bank 728,6 min manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən dəfələrlə çoxdur.
Məcmu kapitalın həcmi 51,6 milyon manat olmuşdur.
Press-relizdə qeyd edilib ki, məcmu kapitalın adekvatlığı 26%, leverec əmsalı 12,9% təşkil edir ki, bu da müəyyən edilmiş normadan yüksəkdir.
Cəmi bank öhdəliklərinin həcmi 5,5% artımla 311 milyon manat təşkil etmişdir.
Bank 133,2 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 41,3 milyon manatı əhalinin əmanətləridir.
Banka aid aktiv plastik kartların sayı il ərzində 60%-ə qədər artmaqla, 104 min ədəd olmuşdur.
Azər Türk Bank müştərilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65% artaraq, 153 min nəfərə çatmışdır.
Dövlət bankı Azər Türk Bank öz fəaliyyətinin zamanın tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırılması istiqamətində işlərini davam etdirir.
"Görülən tədbirlər sırasında bu günlərdə Bankın Bakıda daha bir xidmət strukturunun – müasir formatda, rəqəmsal konseptdə yenidən qurulmuş “Mərkəz” filialının yeni ünvanda müştərilərin istifadəsinə verilməsidir.
Bu istiqamətdə növbəti addım Azər Türk Bankın Bakı şəhərində daha 5 filialının istifadəyə verilməsi olacaqdır. Bu filiallarda da bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunacaqdır.
Qeyd edək ki, bu il “ATB Business” İnternet bankçılığın mobil versiyası olan “ATB Business Mobile” tətbiqi Bankın hüquqi şəxs və fərdi sahibkar olan müştərilərinin ixtiyarına verilmişdir. Hazırda bank əməliyyatlarının 99 faizi onlayn həyata keçirilir.
Həmçinin Bankda hüquqi şəxslər və fərdi sahibkarlar üçün ADM terminalları quraşdırılmışdır. Bu terminallar vasitəsilə korporativ müştərilər cari və ya kart hesablarına vəsait mədaxil edə və ya məxaric əməliyyatını həyata keçirə bilirlər
Bundan başqa sahibkarlar hub.atb.az səhifəsi vasitəsilə elektron sənəd dövriyyəsi xidmətindən istifadə, onlayn olaraq sənədləri imzalamaq, terminaldan məxaric sifarişi etmək imkanına malik olurlar.
Eyni zamanda müştərilərin istifadəsində olan yenilənmiş, müasir, güvənli, istifadəsi rahat atb360 mobil əlavəsinə Bank tərəfindən yeni funksiyalar artırılmışdır. Bunun sayəsində son dövrdə atb360 tətbiqindən istifadə edən müştərilərin sayı 50 dəfədən çox artmışdır.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur", - press-relizdə bildirilir.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 2 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 7 saat əvvəl
-
7 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
























