Pul "ölür", banklarda əmanət faizləri artmır - ELMAN RÜSTƏMOV SƏBƏBİNİ AÇIQLADI
Aərbaycanda artan inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyəti azalır. Mərkəzi Bankın faiz dərəcəsini artırmasına, inflyasiyanın yüksəlməsinə baxmayaraq bankların təklif etdiyi əmanət faizləri artmır. Bunun səbəbi bank sistemindəki izafi likvidlikdir.“İnflyasiyanın artması fonunda real faizlər azalmaqda davam edir”.
Marja xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, manatla depozitlərin artım tempi kredit borclarının artım tempini üstələdiyindən bank sistemində likvidlik yüksək olaraq qalır: “Bank sisteminin likvidlik mövqeyində struktur profisitinin olması banklaraarası pul bazarında faizlərin və dövlət qiymətli kağızlarının gəlirliliyinin aşağı səviyyədə formalaşmasını şərtləndirir. Ötən toplantıdan keçən dövrdə (17 Sentyabr 2021-29 Oktyabr -2021- dövründə - red) depozitlər və kreditlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik baş verməmişdir. İnflyasiyanın artması fonunda real faizlər azalmaqda davam edir”.
Qeyd edək ki, bu il Azərbaycan Mərkəzi Bankı 2 dəfə faiz artıraraq uçot dərəcəsini 6,25%-dən 7%-ədək qaldırıb. Mərkəzi Bankın uçot dərəcəsini artıması depozit faizlərinin artması ilə nəticələnmir.
BANKLAR MANATA 6-10% TƏKLİF EDİR, PUL İSƏ 10% DƏYƏRDƏN DÜŞÜR
Qeyd edək ki, Azərbaycan banklarında manat əmanətləri üzrə illik faiz dərəcələri bu il 6-10% civarında dəyişir. 2021-ci ilin sonunda isə ölkəmizdə illik inflyasiyanın 10%-i keçə biləcəyi gözlənilir. Mərkəzi Bankın məlumatına görə, 01 Oktyabr 2021-ci il tarixinə Azərbaycanda depozitlər və əmanətlər üzrə orta faiz dərəcəsi 8,54% təşkil edib. Bu nisbət 2020-ci ilin əvvəlində 9,27%, 2021-ci ilin əvvəlində isə 8,61% təşkil etmişdi.
Azərbaycan Mərkəzi Bankının yenilənmiş proqnozuna görə, 2021-ci ilin yekununda Azərbaycanda illik inflyasiyanın 9,5% - 10,5% civarnda olacağı gözələnilir.
“Yenilənmiş proqnozlara görə, cari ildə orta illik inflyasiyanın 6,2%-6,5%, illik inflyasiyanın isə 9,5%-10,5% səviyyəsində olacağı gözlənilir. 2022-ci ildə isə fundamental amillərin dəyişməz qaldığı şərtində illik inflyasiyanın 5,6% səviyyəsində təşkil edəcəyi nəzərdə tutulur”, - Elman Rüstəmov deyib.
Azərbaycanda inflyasiya tempinin yüksəlməsi müşahidə olunur. Rəsmi statistikaya görə, Sentyabr ayında aylıq inflyasiya 1,8%, 12 aylıq inflyaiya isə 8,5% təşkil edib. Orta illik inflyasiya yanvar-sentyabr aylarında 5,2%, orta illik baza inflyasiya isə (dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər və mövsümə həssas kənd təsərrüfatı məhsullarının qiymətləri nəzərə alınmayan inflyasiya) 3,3% olub.
Real faiz = Nominal faiz - inflyasiya
Nominal faiz bazarda formalaşan və ya banklar tərəfindən müəyyən olunan faizdir. Real faizi tapmaq üçün nominal faizdən inflyasiya faizi çıxılmalıdır. Əgər 2021-ci ilin sonunda Azərbaycanda inflyasiya 10%-ə çatarsa, banklara illik 6-10% ilə manat əmanəti yatıranlar ya zərərə düşəcəklər (çünki real faiz mənfi olcaqdır) ya qazanc əldə etməyəcəklər.
Həmçinin oxu
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 15 d. əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti





















