Azərbaycan gəncləri Nobel Festivalında iştirak edir
Coca-Cola şirkətinin dəstəyi ilə 26-29 oktyabr tarixlərində təşkil edilən və Nobel mükafatı laureatlarının mühazirələri ilə yadda qalan beynəlxalq Nobel Festivalında Azərbaycan tələbə və müəllimləri iştirak ediblər.
Dünyanın bir sıra tanınmış elm xadimləri, Nobel mükafatçılarının və qlobal şirkətlərin rəhbərlərinin qatıldığı "Gələcək artıq bu gündür" adı altında keçirilən beynəlxalq Nobel Fest Orta Asiya və Qafqaz regionunun ən böyük elmi simpoziumudur.
London İqitsadiyyat Məktəbi, Massaçüsets Texnologiya İnsititutu, Stenford, Kaliforniya və Nyu-York Universititetləri kimi tanınmış ali məktəblərin müəllimləri “Yaşıl reallıq”, “Təhsil və gələcəyin peşələri”, “İnnovasiyalar əsri”, “İnsanlar üçün iqtisadiyyat” mövzularını əhatə edən mühazirələrlə çıxış ediblər.
Pol Milqrom, Maykl Spens, Rae Kvan Çunq, Təvəkkül Karman kimi Nobel Mükafatçılarının iştirak etdiyi tədbirdə 4 gün ərzində onlayn rejimdə 25 müxtəlif seminar və müzakirə təşkil edilib. Tədbirdə regionun 150-dən artıq ali təhsil müəssisəsi təmsil olunub.
Festivalın qonaqları sırasında "Sapiens: İnsanlığın Qısa Tarixi" kitabının müəllifi, tarixçi Yuval Noa Harari, “Apple Siri” nin yaradıcısı və “Renault Group”un baş mühəndisi Lük Culiya, İsrailin startaplar mütəxəssisi Conatan Medved, kriptovalyutalar üzrə tanınan mütəxəssis Qarik Xilleman da var.
Coca-Cola şirkəti və Azərbaycan Respubikası Təhsil Nazirliyinin “SABAH qrupları” proqramının əməkdaşlığı ilə baş tutan elmi tədbirdə Azərbaycanın 12 ali məktəbindən 1200-dən artıq tələbə, müəllim və professor heyəti iştirak edib.
Coca-Cola şirkətinin Orta Asiya və Qafqaz regionü üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Direktoru Elşad Fərzəliyev tədbirin gənclər üçün xüsusi maraq kəsb etdiyini qeyd edib.
“Regionun ən iri investorlarından olan Coca-Cola şirkəti gənclərin inkişafına xüsusi önəm verir. 2020-ci ildə ilk dəfə Qazaxstanda keçirilən Nobel Festivalı bu il Coca-Cola şirkətinin təşəbbüsü ilə regional elmi-simpoziuma çevrilib və nəticədə Azərbaycan gəncləri də dünya elm ulduzları ilə tanış olmaq fürsəti əldə ediblər. Əminəm ki, elm sahəsində dünya liderlərinin mühazirələrini dinləmək və onlarla ünsiyyət imkanı gənc tələbə və alimlərimiz üçün əvəzsiz təcrübə və stimul olacaq. Ümid edirik ki, növbəti illərdə dünyanın görkəmli elm xadimlərini Azərbaycana dəvət edib onları ölkəmizin tələbələri və elm ictimaiyyəti ilə yaxından tanış edə biləcəyik” – şirkətin nümayəndəsi bildirib.
Orta Asiya və Nobel Festivalında elm xadimləri ilə birgə Coca-Cola, Microsoft, Google kimi beynəlxalq korporasiyaların rəhbər heyəti də iştirak edir. Tədbir haqqında məlumat və mühazirələri dinləmək üçün bu linkə keçid edin: https://nobel-fest.inpolicy.net/ .
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
12 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 15 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)









.jpg)







