2022-ci ildə “Xonça” fabrikinin istehsal və satış dövriyyəsinin 60% artırılması nəzərdə tutulur
“Araz” supermarketlər şəbəkəsinə daxil olan “Xonça” Fabriki 2018-ci ildə fəaliyyətə başlayıb. Ümumi istehsal sahəsi 6230 kv2 metr olan “Xonça” 3 əsas istiqamət üzrə fəaliyyət göstərir: şirniyyat və un məmulatlarının istehsalı, ət istehsalı və keytrinq xidmətləri.
“Xonça”-nın şirniyyat və un məmulatları üzrə fəaliyyəti müasir və yüksək texnologiyalı avadanlıqlarla, həmçinin İsveçrəninRondo markasına məxsus istehsal xətti, Almaniya istehsalı olan MIWE sobaları ilə təmin olunur.
Hazırda “Xonça” şirniyyat fabrikində 200 çeşiddən çox un məmulatı istehsal olunur. Müəssisənin ümumi illik istehsal həcmi 8,000 tondur. Fabrikdə Fransa, Almaniya, Avstriya, Rusiya və Ukraynada xüsusi təlim keçmiş texnoloqlar və işçi heyəti çalışır.
Xonçadan süfrələrə ləzzət gətirən un məmulatlarını “Araz” və “Spar” Supermarketlər şəbəkəsini əhatə edən 111 satış nöqtəsindən əldə etmək mümkündür. 2022-ci ildə istehsal və satış dövriyyəsinin 60% artırılması nəzərdə tutulur.
“Xonça” Fabrikinin digər önəmli fəaliyyət istiqaməti yalnız yerli cins heyvanların ətindən istifadə edilərək həyata keçirilən ət emalıdır. Heyvanların qəbulu zamanı müəyyən göstəricilər üzrə seçim həyata keçirilir. Baxış zamanı dana əti cəmdəyinin maksimal xalis çəkisinin 210 kiloqram, qoyun əti cəmdəyinin isə 18 kiloqrama qədər olmasına fikir verilir. Təzə ət emal olunaraq “Araz” və “Spar” Supermarketlər şəbəkəsində əhaliyə təqdim olunur.
Fabrikin yeni istiqamətlərindən biri olan keytrinq keyfiyyətli xidmət missiyasına xidmət edir. Hazırda Məhəmmədi, Keşlə, Balaxanı ərazisi, Salyan rayonu və Mingəçevir şəhərində yerləşən 5 mətbəxdə ən yeni avadanlıqlarla istehsal prosesi aparılır. “Xonça” hal-hazırda 10 şirkətə korporativ keytrinq xidməti göstərir. Burada həm yerində istehsal və xidmət, həm də termoboks və birnəfərlik qablarda çatdırılma həyata keçirilir. Qeyd edək ki, sadəcə Məhəmmədi ərazisindəki mətbəx gündəlik 10,000 porsiya yemək hazırlamaq potensialına malikdir. İstər inqredientlər, onların saxlanma və istifadə şərtləri, istərsə də yeməyin hazırlanması daxili Keyfiyyətə Nəzarət departamenti tərəfindən daimi yoxlanılır və hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə nümunələr təqdim edilir. Şirkət tərtib etdiyi gündəlik menyu baxımından bazarda ən uyğun və ən keyfiyyətli ketrinq xidməti təklif edir.
Qeyd edək ki, “Xonça” Fabriki Bakı Peşə liseyi ilə əməkdaşlıq çərçivəsində liseyin şagirdləri “Xonça” istehsalat sahəsində təcrübə keçə, həm də məzun olduqdan sonra burada işlə təmin oluna bilərlər.
Ləzzəti və xüsusi tərkibi ilə fərqlənən məhsulların hazırlanmasında keyfiyyətli xammal və inqridientlərdən istifadə olunur. “Xonça”nı fərqli edən də elə budur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
1 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
2 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
3 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
3 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
























