Azərbaycan Agentliyi Dubaydakı böyük sənaye parkı ilə memorandum imzalayacaq
İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Dubai Industrial City arasında yaxın vaxtlarda əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə edilib.İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində səfərdədir. Səfər çərçivəsində bir sıra görüşlər keçirlib, müzakirələr aparılıb.
Noyabrın 3-də İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev və “Dubai Industrial City”nin direktoru Saud Abu Al Shawarey arasında görüş keçirilib.
Agentliyin yaydığı məlumata görə, görüşdə Elşad Nuriyev ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verib.
Bundan başqa ikitərəfli görüşdə rezidentlər arasında qarşılıqlı əlaqələrinin yaradılması, onlar arasında ticarət, emal və ixrac əməkdaşlığının qurulması istiqamətində müzakirələr aparılıb, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Dubai Industrial City arasında yaxın vaxtlarda əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə edilib.
Qeyd edək ki, “Dubai Holding”in tərkibində fəaliyyət göstərən “Dubai Industrial City”nin əsası 2004-cü ildə qoyulub və BƏƏ-nin Dubay şəhərində 5202 hektar ərazini əhatə edən sənaye parkıdır. Hazırda sənaye parkının ərazisində 200-dən çox müəssisə fəaliyyət göstərir və 3,5 milyard ABŞ dolları həcmində investisiya yatırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)












