Belarus “Azersky” peykinin təsvirlərindən istifadə edəcək
“Azərkosmos” və Belarus Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Belarus Respublikasının Milli Elmlər Akademiyasının “Geoinformasiya sistemləri” müəssisəsinin nümayəndə heyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinə (Azərkosmos) səfər edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində qonaqlara “Azərkosmos”un fəaliyyəti, operatoru olduğu peyklər və Azərbaycanın kosmik proqramı haqqında məlumat verilib. Daha sonra qonaqlar Azərbaycan Respublikasının Kosmik Agentliyinin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi ilə tanış olublar.
Səfərin sonunda “Azərkosmos” və Belarusun Milli Elmlər Akademiyası arasında Yer səthinin məsafədən müşahidə xidmətlərinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, Belarusun Milli Elmlər Akademiyası kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, turizm marşrutlarının müəyyən olunması üzrə həyata keçirilən layihələrdə “Azersky” peykinin təsvirlərindən istifadə edəcək.
Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
-
3 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
10 saat əvvəl
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!
-
12 saat əvvəl
Çinlə rəqabətə baxmayaraq, Volkswagen Qrupunun 9 aylıq qlobal satışları 1,2% artıb
-
12 saat əvvəl
PashaPay “Bakı Fintex Forumu 2025”də platinum sponsor qismində iştirak edib
-
12 saat əvvəl
"Rusiya-Azərbaycan münasibətlərində böhran yaşandığını söyləmək olmaz, bu, emosiyaların böhranı idi"
-
13 saat əvvəl
BOKT "İdeal Kredit"ə illik 14 faizlə 1 milyon manat borca pul lazımdır - ƏTRAFLI ŞƏRTLƏR
-
13 saat əvvəl
Bakı Fond Birjasından "AFB BANK" istiqrazları barədə qərar - ŞƏRTLƏR
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"FINCA Azerbaijan" 56 investordan 15 faizlə 3 milyon manat borc aldı
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

"Rusiya-Azərbaycan münasibətlərində böhran yaşandığını söyləmək olmaz, bu, emosiyaların böhranı idi"

Bakı Fond Birjasından "AFB BANK" istiqrazları barədə qərar - ŞƏRTLƏR

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Azərbaycan və Qazaxıstan arasında qolf körpüsü quruldu

"FINCA Azerbaijan" 56 investordan 15 faizlə 3 milyon manat borc aldı

Azərbaycanda orta maaş rəqəmi 10 faizə yaxın artıb
