İki gündə 50 milyard dollar itirdi
Planetin ən varlı adamı 50 milyard dollardan çox yoxsullaşıbAmerikalı sahibkar İlon Mask (Elon Musk), Tesla şirkətinin səhmlərinin qiymətinin düşməsi səbəbindən iki gündə 50 milyard dollardan çox itirib.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Bloomberg biznes xəbər agentliyi məlumat yayıb.
Elektrikli avtomobil (elektromobil) istehsalçısının səhmləri, şənbə günü Maskın "Twitter" də izləyicilərindən şirkətdəki 10%-lik payının satılıb-satılmamalı olduğunu soruşduqdan sonra ucuzlaşmağa başlayıb. Çərşənbə axşamı Nyu-York Fond Birjasında ticarətin bağlanışına qədər Tesla səhmləri 16%-dən çox ucuzlaşıb.
Bu vəziyyət sahibkara mənfi təsir edib. Bloomberg-in məlumatına görə, iki gün ərzində planetin ən varlı adamı 50 milyard dollardan çox yoxsullaşıb. Bazar ertəsi Bloomberg, Maskın sərvətini 323 milyard dollar, ikinci yerdə olan Amazon şirkətinin qurucusu Bezosun sərvətini isə 201 milyard dollar qiymətləndirib.
Forbes jurnalı isə Maskın 271 milyard dollar, Bezosun isə 205,9 milyard dollar sərvəti olduğunu bildirib. Noyabrın 1-də, İlon Mask tarixdə sərvəti ilk dəfə 300 milyard dolları keçən ilk şəxs olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)







