Yeni SOCAR istiqrazlarının satış qiyməti yüksəlib
1 həftəyə tələbat kəskin artıb – 1075 dollardan satıldıBu ilin 2 noyabr tarixində təkrar bazar əməliyyatlarına start verilən və nominal qiyməti 1000 dollar təşkil edən yeni SOCAR İstiqrazlarının Bakı Fond Birjasındakı satış qiyməti 1075 dollara yüksəlib və həmin qiymətdən satış əməliyyatları artıq baş tutub. Xatırladaq ki, 1-ci SOCAR İstiqrazlarının 5 illik tədavül müddəti ərzində müvafiq göstərici maksimum 1050 dollar təşkil etmişdi.
“SOCAR Capital” şirkətindən Marja.az-a verilən məlumata əsasən, istiqrazların belə bahalaşmasına başlıca səbəb yüksək tələbat və likvidlikdir. Eyni zamanda, gəlirli və etibarlı maliyyə aləti olması da investorların maraqlarına cavab verən digər mühüm faktorlardır.
İllik 4.5% gəlir gətirən, faiz gəlirləri hər 3 aydan bir ödənilən və 5 illik müddətə buraxılmış yeni SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.
100 milyon dollar həcmində buraxılmış bu istiqrazlara tələb abunə yazılışı dövründə 380 milyon dollardan artıq olmuşdu.
Azərbaycan kapital bazarlarında investorların ən çox tələbat göstərdiyi korporativ qiymətli kağız olan SOCAR İstiqrazları üzrə ilk faiz ödənişi 1 fevral 2022-ci il tarixində baş tutacaq. 2026-cı ilədək tədavül müddəti davam edəcək olan yeni SOCAR İstiqrazları, sahiblərinə toplamda 22 milyon 500 min dollar gəlir qazandıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)






