İngiltərə Ukraynaya 600 əsgər göndərəcək
Böyük Britaniya Rusiyaya hücum olarsa, 600 nəfərlik Britaniya əsgərini Ukraynada yerləşdirməyə hazırdır.
Marja xəbər verir ki, bu barədə İngiltərənin "The Mirror" qəzeti yazıb.
Məlumata görə, bu xüsusi əməliyyat qrupunun tərkibinə xüsusi təyinatlıların əsgərləri, xüsusi kəşfiyyat alayları, həkimlər, mühəndislər, rabitə mütəxəssisləri, həmçinin Alderşotda yerləşən 16-cı Hava Hücum Briqadasının 400-ə qədər paraşütçüləri daxildir.
Qəzetə bu barədə məlumat verən mənbə, “Dərhal hərəkətə keçməyə hazır olan bölməyə çox tez bir zamanda yerləşdirilmə ehtiyacının yarana biləcəyi barədə də məlumat verilib. 400-600 əsgər artıq hazırdır. Bütün avadanlıqlar qablaşdırılıb, onlar Ukraynaya göndərilməyə və havadan eniş etməyə hazırdırlar”.
ABŞ dövlət katibi Antoni Blinken ötən həftə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündə Rusiyaya Ukraynada 2014-cü ildəki səhvini təkrarlamamaq barədə xəbərdarlıq etmişdi.
Qərb ölkələri isə Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında olmasından dəfələrlə narahatlıqlarını ifadə ediblər. Rusiya Xarici İşlər Nazirliyi isə Moskva ilə Kiyev arasında mümkün münaqişə barədə söhbəti növbəti uydurma adlandırıb. Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Rusiya qoşunlarını öz ərazisi daxilində və öz istəyinə uyğun yerləşdirə bilər. Bu, heç kim üçün təhlükə deyil və heç kəsi narahat etməməlidir.
Digər tərəfdən, ABŞ və onun NATO müttəfiqləri son vaxtlar Qara dənizdə hərbi fəaliyyətlərini xeyli artırıblar. Rusiya Müdafiə Nazirliyinin hesablamalarına görə, ABŞ Rusiyaya yaxın Qara dəniz regionunda çoxmillətli ordu birliyi yaratmağa çalışır, bu dövlətin məqsədlərindən biri də Ukraynanın hərbi reabilitasiyasıdır.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
49 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
53 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
56 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
























